Yaxşı yaşamağın 13 qızıl qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 867
Səs ver:
(səs: 2)
Sadə, ancaq dəyərli fəaliyyətlərlə ömrünüzə ömür qatmaq və keyfiyyətli yaşamaq sizin öz əlinizdədir.
1. Hər gün kifayət qədər kalsium qəbul edin. Gün ərzində 2 stəkan süd için və 2 kibrit çöpü qədər pendir yeyin. Orta yaşlardasınızsa, az yağlı süd qəbul edin. Menopauza dövründə olan qadınların gün ərzində 1200 milliqram kalsium qəbul etməsi vacibdir.
 
 
2. Günəş vannası qəbul edin. Günəş iki ucu da kəskin qılınc kimidir. Çox şüa dəri xərçənginə yol açar, digər tərəfdən də əhəmiyyətli olan D vitamini ilə bizi təmin edər. Buna görə hər gün 10-15 dəqiqə günəş qəbul edin. Səhər saatlarında günəş qəbul etməniz həm də gecə rahat yatmanıza kömək edəcək.
 
 
3. Sakitləşin. Sosial stress faktorları, düzgün qidalanmamaq, fiziki aktivlik, piylənmə, spirtli içki, siqaret, narkotik maddə, riskli davranışlar hər biri sağlamlıq üçün riskli amillərdir.
 
 
4. Həddən çox duz qəbul etməyin. Duz sadəcə şişkinlik yaratmaqla kifayətlənmir, həm də ciddi sağlamlıq problemlərinə yol açır. Həddən çox duz qəbulu qan təzyiqini yüksəldib infarkt riskini artırır.Gün ərzində duz qəbulunda 6 qram həddini aşmayın. Duzun miqdarının azaldılması ürək-damar xəstəlikləri riskini dörddə bir, infarkt riskini isə beşdə bir azaldır.
 
 
5. Gündə 2-3 litr su için. Hər gün bol-bol su içməyə laqeyd yanaşmayın.
 
 
6. Gün ərzində ən azı 15 dəqiqənizi gülüş üçün ayırın. Gündə 15 dəqiqə ürəkdən gülməklə ürəyinizə gedən qan dövranını yüzdə 50 artıra, infarkt riskini azalda bilərsiniz.
 
 
7. 0-3 yaşından bəri kifayət qədər flüor qəbul edilməlidir. Bu, həm də gələcəkdə diş çürümələrinin qarşısını alacaq. Flüorun eyni zamanda gel, ya da qarqara şəklində qəbul edilməsi dişdəki bakteriyaların asit ifraz etməsini əngəlləyir.

8. Diş təmizliyinə diqqət edin. Diş sağlamlığı ürək sağlamlığı ilə eynidir. Gündəlik diş fırçalamaq və diş ipindən istifadə etmək ömrünüzü 6-7 il artırır.

9. 40 yaşından etibarən hər zaman sağlamlığınıza diqqət etməli və ürək sağlamlığınız üçün hər il kardioloji müayinədən keçməlisiniz.

10. Qadınsınızsa, bel çevrəniz 88, kişisinizsə, 98 olmalıdır. Çünki bel çevrəsində yaşanan yağlanma maddələr mübadiləsini yavaşladır, ürək-damar xəstəliyi, yüksək təzyiq, xolesterol və şəkər xəstəliyi riskini yüksəldir.

11. Fransız elm adamları qanında yüksək miqdarda maqnezium olan kişilərdə hər hansı bir səbəbdən ölmə riskinin aşağı olduğunu bildiriblər. Buna görə gündəlik menyunuza 250 milliqram maqnezium əlavə edin.

12. Şəkər xəstəliyi damar divarlarının elastikliyini korlayır, qanda laxtalanmanı artırır və hüceyrə fəsadlarını asanlaşdırır. Şikayəti olmasa da, yaşı 20-dən yuxarı olanların ildə 1 dəfə şəkər xəstəliyi müayinəsindən keçməsi vacibdir.

13. Həftədə 1100 kalori yandırmaq damar tıxanması və yüksək təzyiqə yol açan qarın bölgəsindəki yağ toplanmasının qarşısını alır.
 
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri