Dişlərə ağardıcı təsir göstərən 3 məhsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 303
Səs ver:
(səs: 1)
Stomatoloq həkim Harold Kats hamını tünd şokolad, çiyələk yeməyə və yaşıl çay içməyə çağırır.

Ağ dişlərə sahib olmaq istəyənlər üçün, bu  məhsullar ideal səhər yeməyi sayılır. Belə ki, bu məhsullar gecə ərzində yığılan ərpi təmizləmə gücünə malikdirlər.

Şokoladın tərkibində olan teobromin, minanı möhkəmləndirən birləşmədir. Səth möhkəm olduğu halda isə, rəngin dəyişmə təhlükəsi azalır. Südlü şokolad bu təsirə malik deyil. Əksinə tərkibində olan  süd və şəkər xoşagəlməz qoxunun əmələ gəlməsinə səbəb olur.

Yaşıl çay taninlərlə zəngindir. Onlar isə bakteriyaların dişlərə yapışmasına imkan vermir. Nəticədə həm rəng həm də təravətli nəfəs təmin olunur. Bundan əlavə çay polifenollarla zəngindir. Onlar isə bakteriya və turşuları aradan qaldırırlar. Həmçinin o, ağız boşluğunda ftorun konsentrasiyasını artırır.

Çiyələyin
tərkibndə alma turşusu vardır ki, o dişləri təmizləyir. Sadalanan məhsullardan əlavə həkimin fikrinə görə pendir də çox xeyirlidir. Belə ki, pendir, ağızda ph dərəcəsini çoxadır, bununla isə mühit az turşulu olur. Məhz turşuluq minanın eroziyasına səbəb olur. Pendirdə olan kalsiy isə həmçinin  diş toxumasını gücləndiri.

Aktiv çeynənməsi gərəkən qoz, fındıq, tum və digər bərk məhsullar dişləri mexaniki olaraq təmizləyirlər. Bu kimi məhsullar həm də damaqların möhkənməsinə səbəb olurlar. Alma və armudun tərkibində olan  suyun yüksək dərəcədə olması isə, ağız suyunun hasil edilməsinə səbəb olur, bu isə, ağız boşluğunun bakteriyalardan təbii yolla təmizlənməsinin ən ideal vasitəsi sayılır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 303
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri