Günəşdən qoruyur, xərçəngdən yox

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 370
Səs ver:
(səs: 0)
Günəşli günlərdə, xüsusilə də çimərlik mövsümündə həkimlər əhalini ultrabənövşəyi şüalardan qorunmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə etməyə səsləyirlər.

Britaniya İnstitutunun alimləri isə tək kremin problemləri həll etmədiyini deyirlər.

Onların apardıqları eksperiment göstərib ki, melanomanın yaranma riski gen mutasiyaları ilə əlaqədardır. Dərinin piqment hüceyrələrindəki DNT-nin pozulması günəş altında, kremdən istifadə edilmədiyi zaman yaranır. Krem bu zərbənin qarşısını müəyyən qədər alsa da, yenə də bu dəhşətli xəstəliyi törədən ultrabənövşəyi şüalar qarşısında acizdir.

Buna görə yalnız kremə arxalanaraq günəşlənməyi alimlər məsləhət bilmirlər. Onların fikrincə, yaxşı olar ki, fiziki baryerlərdən, məsələn, enli kənarlı şlyapa, tunika, eynəkdən istifadə olunsun. Kölgədə qaralmaq da olar. Günəş kreminin SPF-filtr göstəricisi isə 30-dan az olmamalıdır.

Piqment hüceyrəsindəki DNT hər dəfə günəş yanığı zamanı dağılır və burada kremdən istifadə olunub-olunmamasının heç bir əhəmiyyəti olmur, xərçəngin yaranmasına isə bu "dəfələrin" çoxluğu səbəb olur.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri