Niyə tərləyirik? Tər qoxusundan qurtulma yolları

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 4 399
Səs ver:
(səs: 2)
Hər kəsin kabusuna çevrilən tər qoxusunun qarşısını almaq o qədər də asan deyil. Tərləmənin təbii hal olduğunu nəzərə alaraq, bəzi üsullarla tər qoxusuna səbəb olan amilləri aradan qaldırmaq mümkündür.

Tər qoxusunun qarşısını almaq üçün tez-tez çimmək, dezodorant istifadə etmək, sərin yerlərdə durmaq kifayət etmir. Bunun üçün həm də geyinərkən düzgün rəng və parça seçmək, yediyimiz qidalara diqqət etmək, dezodorant və ya ətri tərin üzərinə sıxmamaq və bol su içmək lazımdır.

Niyə tərləyirik?
Havalar isti olduqda və ya hansısa psixoloji səbəbdən dolayı (stress, qorxu, utanma) bədən istiliyi normasından çox olur. Bu zaman beyin bədən istiliyini normal səviyyəyə endirməsi üçün tər vəzlərinə siqnallar göndərir və bədən istiliyi normasına dönür. Ancaq tərləmə həm də trioid xəstəlikləri, menopauza dövrü, yüksək təzyiq, nevroloji xəstəliklərdən dolayı baş verə bilər və bu halda olan xəstə həkimə müraciət edib uyğun müalicəni almalıdır.

Yay aylarında mümkündürsə, 2 gündən bir çimmək lazımdır. Çimdikdən sonra tər qoxusunu uzun müddət əngəlləyəcək dezodorant və ətirlər istifadə edilməlidir. Gün ərzində tərləyən bölgələrə ətir, ya dezodorant sıxmaq olmaz, çünki bu, daha pis tər qoxusunun yaranmasına səbəb olar. Ona görə tərləyən bölgənizi yuduqdan sonra dezodorant və ya ətir vurun.

Yay aylarında yağlı və ədviyyatlı qidalardan uzaq durmaq lazımdır. Bol-bol meyvə-tərəvəz yeyin.

Yayda günəş işığını özünə çəkən sintetik, dəriyə yapışan, tünd rəngli geyimlər geyinməyin. Bunun yerinə pambıqdan olan geniş, açıq rəngli paltarlar geyinin. Qapalı, sərt dərili və tünd rəngli ayaqqabılardan da uzaq durun.

Yay aylarında maye itkisinin qarşısını almaq və bədən istiliyini normaya salmaq üçün bol-bol su için. Soyuq və buzlu sulardan uzaq durun. Onun yerinə gündə 8 litr ilıq su içməklə tərləməni əngəlləyə bilərsiniz.

Tərləmə psixoloji amillərdən irəli gəlirsə yoqa, meditasiya kim sakitləşdirici idman hərəkətləriylə hisslərinizi cilovlaya və tərləmənin azalmasına kömək edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri