Qısa boylu xanımların geyim tərzi necə olmalıdır?

Müəllif: Zeynuş
Şərhlər: 9
Baxılıb: 8 977
Səs ver:
(səs: 1)
Qısa boylu xanımlar geyim seçərkən bir neçə nüansa xüsusi diqqət yetirməlidirlər. Elə modellər var ki, onlar qısa boylu xanımları daha da alçaq boylu göstərir.
Qısa boylu xanımlara vizual olaraq hündür görünməsini təmin edən gözəllik hiylələrini araşdırıb və bu qənaətə gəlib:

Köməkçi üsullar:
Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər qadını vizual olaraq "uzun və zərif” göstərir.
Şalvar və ətəklərin beli incə olmalıdır. Qalın kəmərlər taxmaq olmaz!
Yaxşı tikilmiş, əyninizə kip oturan düz paltarları seçin.
Paltarın üzərinizə necə oturmasına diqqət yetirin.
Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin.
Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat deyilsinizsə, daha qalın dikdaban, rahat tanketkalara müraciət edə bilərsiniz.
Duruşunuza diqqət yetirin və dik getdiyinizdən əmin olun.
Əgər arıq deyilsinizsə, üfüqi xətli geyimlər seçməyin. Üfüqi xətlər, bədəni olduğundan bir az daha geniş göstərir.

Bunlardan uzaq durun!

Geniş paltar sizi daha iri göstərər.
Uzun ayaqlar
Ayaqları uzun göstərmək üçün hündür dabanlar əlverişli çıxış yolu deyil. Belə ki, onların üstündə gəzmək heç də həmişə asan başa gəlmir. Ayaqlarınızı uzun göstərmək istəyirsinizsə, ilk növbədə qamətinizə fikir verin. Çiyinlərinizi düz saxlayın, sinə və buxağınızı qaldırın, qarın nahiyənizi dartın.

Bundan əlavə, sizə bir neçə vizual üsullar təqdim edirik:

Hər zaman eyni rəng qammasında paltarlar geyinin. Geyim sizi iki kontrastlı hissələrə bölməməlidir. Ən əsası isə paltarda üfüqi xətlərdən uzaq olun. Ayaqqabılara gəldikdə, onların rəngi corabınızın rəngi ilə uyğun olmalıdır. Əgər siz açıq rəngli çəkmələr geyinmisinizsə, o zaman ət rəngli corab seçin. Dabanlarla da diqqətli olmaq lazımdır. Əgər baldırınız doludursa, çox nazik dabanlı ayaqqabılar seçməyin. Şişburun ayaqqabılar boyu bir az hündür göstərir, lakin siz alçaq boylusunuzsa, bu formadan da uzaq olun. Dabanın optimal hündürlüyü 7 santimetr olmalıdır.
Çəkmələrə gəldikdə isə, klassik modellər ayaqları uzun göstərir. Açıq rəngli eyni tonlu çəkmələr seçin. Onun boğazı isə orta uzunluqda olmalıdır. Şalvarlar barədə deyək ki, düz qara rəngli şalvarlar geyinin. Şalvarın ətəyi dabanı tam şəkildə örtməlidir. Siz həmçinin, tünd rəngli dar şalvar da geyinə bilərsiz. Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizin bədən tipinizə görə deyil.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 977
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri