İnsanı gəncləşdirən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 544
Səs ver:
(səs: 2)
Yaşlanmaq deyil, illərə meydan oxuyaraq gənc və sağlam qalmaq üçün ən təsirli üsulun idman etmək və sağlam qidalanmaq olduğunu artıq bilirik. Xüsusilə nə yediyimizin olduqca əhəmiyyətli olduğunu bilərək antioksidantla zəngin qidalarla bəslənməyə çalışmalıyıq. Bu xəbərdə bəhs etdiyimiz antioksidantla zəngin qidalar həm yaşlanmanı gecikdirir, həm də insanları müxtəlif xəstəliklərdən qoruyur.

Partladılmış qarğıdalı:
Xərçəngin düşməni olaraq bilinən polifenol adlı maddə partlamış qarğıdalının tərkibində çoxdur.

Yumurta:
Saç, göz və dəri sağlamlığı üçün bir çox faydası olan yumurta xüsusilə göz zəifliyini qoruyan lutanin adlı antioksidant maddə baxımından çox zəngindir.

Makaron:
Normal makaronlarla müqayisədə tam taxıllı makaronların tərkibində üç dəfə çox antioksidant vardır. Makaronun tərkibindəki liflərin xolesterolu salaraq ürək-damar xəstəliklərinə qarşı qoruduğu da bilinir.

Süd:
Normal südlə müqayisədə orqanik südün içində 40 faiz daha çox E vitamini və beta-karoten var.

Lobya:
Lobyanın özü də sağlamlığa çox faydalı bitkidir. Xüsusilə qırmızı lobya antioksidant baxımından olduqca faydalıdır. Çünki onun tərkibində bol miqdarda antioksidant maddələr var.

Raps yağı:
Raps kələm cinsinə aid bitki növüdür. Əsasən yağı çəkilir və istifadə olunur. Onun yağı xolesterolu salan bir nömrəli qidalar sırasına daxildir.

Bal:
Şəkər yerinə dadlandırıcı kimi baldan istifadə etmək sağlamlıq cəhətdən də çox faydalıdır. Mədə tərəfindən də çox asanlıqla həzm edilir. Bal ömrü uzadır və insanı gümrahlaşdıraraq qocalmanı da gecikdirir.

Qatıq:
Hər gün qəbul edilən bir kasa qatıq insan orqanizmini xərçəng, ürək sistemi və digər xəstəliklərə qarşı qoruyur. Qatıq mədədə öz-özünə həzm olunan yeganə qida maddəsi olaraq da bilinir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri