Yayda düzgün qaralmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 642
Səs ver:
(səs: 0)
Yayda mükəmməl qaralmış dəriyə sahib olmaq üçün bunlara diqqət edin!

SPF - Tərkibli kremlər alın. Bu kremlər dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Dodaqlarınızı və saçlarınızı unutmayın. Onlara SPF tərkibli yağlar çəkə bilərsiniz. Qaralmaq üçün ən yaxşı vaxt saat 9-dan 11-ə kimidi.

Dərinin dözümlülüyünü artırın – Günəşin altına çıxmazdan əvvəl qoruyucu krem çəkin. Tətilə çıxmazdan 3 həftə əvvəlcədən hər gecə qoruyucu krem çəkin. Beləcə dərinizin "stratum corneum” qatı güclənəcək və yanıqlara qarşı dayanıqlı olacaq.

Sızanaqların qarşısını alın – Günəş kremi alarkən tərkibini mütləq oxuyun. Bəzi günəş kremləri dəri və kürəkdə sızanaqların çıxmasına səbəb ola bilər. Günəş kremi almazdan əvvəl üstündə "oil free” yazıldığına əmin olun.

Bir məhsul alın – Nəmləndirici, qaraldıcı və qoruyucu kremləri üst-üstə çəkmək olmaz. Aloe, avakado, C və E vitamin tərkibli nəmləndirici kremlər dərini daha yaxşı qorumaq gücünə malikdi.

Ləkələnməyin – Günəş vannası qəbul etdikdən sonra vücudda ləkələr əmələ gəlir. Bunun səbəbi isə vücudunuzdakı ölü dərilərdən qaynaqlarnır. Günəşə çıxmazdan əvvəl çimərkən bədəninizi yaxşı kisələyin və ölü dərini atın.

Makiyajdan uzaq durun – Çimərlikdə sevgilinizə görə görünmək istəyiniz və makiyaj dərinin ləkələnməsinə səbəb ola bilər. Onun yerinə qaraldıcı günəş kremi istifadə edin. Ya da təbiiliyinizlə onu valeh edin.

Mineral spreylər alın – Son illərin ən məşhur məhsullarından biri də təravətləndirici spreylərdir. Günəş altında tərləyən zaman vücudumuz yararlı mineralları itirir. Bu spreylər isə sizə təravət bəxş edir.

Eynək - Günəş vannası qəbul edərkən və yayda küçəyə çıxarkən mütləq eynək taxın. Eynək gözlərin kənarlarını qırışmağa qoymur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 642
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri