İdmandan sonra nələri yemək olmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 545
Səs ver:
(səs: 1)
İdmandan sonra istədiyiniz hər şeyi yesəniz də, kökəlməyəcəyinizi düşünürsünüz? Yanılırsınız! Bəzi qidalar var ki, onları idmandan sonra onlardan xüsusilə uzaq durmalıyıq. Hazırladığımız siyahıya mütləq göz gəzdirin ki, idman edərək kökəlməyəsiniz.

 

Yağlı pednir:
Nə qədər ləzzətli olsa da, idmandan sonra yağlı pendir aclığı yatızdırmağın ən səhv üsuludur. Əgər nəfsinizi saxlaya bilmirsinizsə, şor, yağsız pendir kimi az kalorili pendir yeyin.

 

Qazlı sular:
İdmandan sonra bədəndəki maye azalır. Susuzluğu yatırmaq üçün bir neçə üsula əl atırıq. Qazlı içkilər cazibəli gəlsə də, onlardan ümumiyyətlə imtina etmək lazımdır. Çünki şəkər lidir və idmandan sonra qazlı su içmək olmaz. İdmandan sonra itirdiyiniz mayeni geri almaq üçün çoxlu su için.

 

Enerji barları:
Enerji verən qidaların tərkibində yüksək miqdarda şəkər var. İdmandan əvvəl yeyildiyində enerjinizi önəmli ölçüdə yüksəldir. Bu səbəblə enerji verən qidalar idmandan sonra yox, əvvəl qəbul edilməlidir. İdmandan sonra qəbul etsəniz, metabolizmanı zəiflədər və yuxunuzu qaçırar.

 

Südlü şokolad:
İdmandan sonra orqanizm şirniyyat tələb etdiyi üçün çoxumuz südlü şokolad yeyirik. Amma südlü şokoladların tərkibində şəkər və zərərli yağlar var. Şirniyyat istəyini şirin meyvələrlə öldürə bilərsiniz. Yox, əgər şokoladsız qala bilmirsinizsə, 70 faiz kakolu, acı şokoladlara üstünlük verməlisiniz.

 

Fast food:
Tərkibi yüksək miqdarda yağ, şəkər, duz olan fast foodlar sağlamlıq üçün təhlükə mənbəyidir. Xüsusən də idmandan sonra yemək olmaz. Onlar pəhrizi və idmanı heçə endirərək,  insanı kökəlməyə meyilləndirir. İdmandan sonra aclığınızı öldürmək üçün banan və ya avakado kimi kaliumla zəngin meyvələr yeyə bilərsiniz.

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 7 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri