Böyrəkləri qorumağın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 778
Səs ver:
(səs: 0)
Sağlam olmaq üçün daxili orqanlarımızın qeydinə qalmalıyıq. Daxili orqanlardan ən həssası və tez yorulanı böyrəklərdir. Bəs böyrəkləri qorumaq üçün nə etmək lazımdır? Qadınlar.biz Türkiyə mətbuatına istinadən böyrəkləri qorumağın yollarını təqdim edir:

1.Hərəkət etmək
Asta sürətlə gəzinti, yüngül qaçış, velosipedə minmək kimi hərəkətlər sağlam bədən üçün vacibdir. Bu hərəkətlər insanı artıq çəkidən də xilas edir. Bu isə diabet, hiperrtoniya kimi xəstəliklərdən qorunmağa kömək olur. Nəticədə böyrəklərin ən böyük düşmənlərindən xilas olursunuz.

2.Qanda şəkərin miqdarına nəzarət
Xroniki böyrək xəstəliklərinə səbəb olan ən böyük bəla diabet xəstəliyidir. Müvafiq müalicə və pəhrizlə qandakı şəkərin miqdarını və qan təzyiqini normal həddə saxlamaq mümkündür. Beləliklə, böyrəkləri diabetin mənfi təsirlərindən qoruyacaqsınız.

3.Sağlam qidalanmaq
Sağlam qidalanma xroniki böyrək xəstəliklərinin qarşısını alır. Duzdan istifadəni azaldın. Daha çox təzə yeməklərə üstünlük verin. Konservlərdən istifadə etməyin.

5. Çoxlu su içmək
Gün ərzində 1,5-2 litr su içmək xroniki böyrək xəstəliklərindən qorunmağa kömək edir. Su təkcə böyrəklər üçün deyil, bütün həyati orqanlar üçün vacibdir.

6. Siqaret çəkməmək
Siqaret böyrəklərdə qan dövranının azalmasına səbəb olur. Bu isə böyrəklərin süzmə funksiyasını pozur və artıq maddələr orqqanizmdə qalır. Ona görə də siqareti tərgitmək lazımdır.

8. İldə bir dəfə böyrəkləri yoxlatmaq
Xüsusilə də ailəsində böyrək xəstəlikləri olan şəxslər ildə bir dəfə həkimə gedərək böyrəklərini müayinə etdirməlidirlər. Bu sizə xəstəliklərin qarşısını almaqda kömək edəcək. Məlumdur ki, bütün xəstəliklər ilkin mərhələdə aşkarlandıqda müalicəsi daha asan olur. Ona görə də müayinə olunmaqdan çəkinməyin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri