Kompyuter qarşısında oturmağı sevənlərin nəzərinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 351
Səs ver:
(səs: 1)
Son zamanlar göz xəstəliklərinin, görmə qabiliyyətinin zəifləməsi (azalması) halları məhz gənclər arasında artması müşahidə olunur. Bunun əsas səbəblərindən biri gənclərin kompyuter qarşısında çox vaxt keçirmələridir. Gözlərdə quruluq, yanma, qızarma və həmçinin baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.
 
Insan gözü mütəmadi olaraq uzaq və yaxın məsafələrə baxmağa uyğun yaradılıb. Monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Gözlərin sağlamlığının qorunması üçün vacib olan göz qırpma sayı köpüter arxasında oturarkən azalır. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Bu da gözlərdə quruluğa, göz yorğunluğuna gətirib çıxarır.
 
Məsləhətlər
Kompyuterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirinin qarşısını almaq üçün bir sıra tədbir üsullarından istifadə etmək məsləhət görülür. İlk növbədə, ekranın yeri və qoyulma forması gözləriniz üçün çox vacibdir. Monitor gözlərimizdən 50-70 sm uzaq olmalıdır. 
 
Həmçinin, baxdığımız ekranın bizim gözümüzdən 10 sm aşağı səviyyədə olması məsləhətdir. Mütləq göz üçün məşqlər edin: onu sağa, sola, yuxarı, aşağı aparın. Saatın əqrəbi istiqamətində və onun əksinə firladın. Çalışın mütəmadi olaraq uzaqda olan əşyalara baxasınız.
 
Ekranın təmiz olması vacib şərtlərdən biridir. Bütün bunlardan əlavə, ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verməlisiniz. Monitorun qarşısında isə tez-tez şüurlu şəkildə gözlərinizi qırpmalısınız. Qırpma, gözlərin quruluğunu aradan qaldıraraq rahatlamasına kömək olur. Kompyuter qarşısında əyləşdiyiniz otağın havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Eyni zamanda otağın havasını da tez-tez dəyişdirmək lazımdır. Linza taxan insanların gözləri daha tez quruyur. Bunun qarşısını isə həkimin məsləhəti olarsa, göz damcıları ilə almaq olar.
Gününüzün çox hissəsini kompyuter qarşısında keçirirsinizsə, ildə bir dəfə həkim-oftalmoloqa müraciət etməniz məsləhətdir.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 351
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri