Qəbizliyin ən yaxşı dərmanı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 13 489
Səs ver:
(səs: 2)
Təzə və qurudulmuş qara gavalı qədim zamanlardan bəri xalq təbabətində istifadə edilən meyvədir.
Gavalını qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliklərində və revmatizmdə məsləhət görürlər. Bu meyvə iştahanı artırır, mədə ağrısını azaldır, həmçinin sidikqovucu kimi işlədilir. Bağırsaqları zəif işləyənlər qara gavalının həlimi və kompotundan istifadə edə bilərlər.
Yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək, mədə bağırsaq sisteminin fəaliyyətinin düzgün qurulmasına kömək edir.
Qurudulmuş qara gavalını yeməzdən əvvəl  onun üstünə qaynar su tökmək lazımdır. Bu zaman gavalı yumşalır və daha təsirli olur.
Bu meyvənin qurusunu səhər-səhər açqarına yemək qəbizlikdən xilas olmaq üçün ən yaxşı vasitədir.
Ağrıkəsici effekti olan gavalının tumunun özəyindən 25 ədəd götürüb  250 ml araqla qarışdırmaq və  7 gün saxlamaq lazımdır. Bu məhlulu ağrıyan yerə sürtdükdən 2 saat sonra ağrılar getdikcə azalır. Hər gün istifadə etmək mümkündür.
Qara gavalı kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir.
Ona görə də bu meyvə ateroskleroz, hipertoniya və böyrək xəstələrinin vəziyyətini yaxşılaşdırır.
Mütəxəssislər bildirirlər ki, qara gavalı sümüklərin möhkəmlənmə və birləşmə prosesini gücləndirir. Buna görə də sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı adamlar gün ərzində 5-10 ədəd quru gavalı yeməlidirlər. Sınıq-çıxığı olanlar da bu meyvənin həm təzəsini, həm də qurusunu yeyə bilərlər.
Onu da qeyd edək ki, bu meyvənin bir çox faydası olsa da, onu həddindən artıq yemək olmaz. Əks təqdirdə qan azlığına və mədə problemlərinə səbəb ola bilər.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 13 489
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri