Payız aylarında necə qidalanmalı?

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1189
Paylaş:
Səs ver:
(səs: 0)
Havaların soyuduğu, xəstəliklərin artdığı, infeksion xəstəliklərin çoxaldığı bu dönəmdə düzgün qidalanmaq çox önəmlidir. Payız və qış aylarında dünyanın ən geniş yayılmış sağlamlıq problemlərindən olan infeksion xəstəliklərin səviyyəsi artır. Mütəxəssislər qrip və soyuqdəymə hallarının qarşısını almaq üçün payızda lazımlı qidalardan kifayət qədər istifadə olunmasını vacib sayırlar. Onlar payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər:
Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır. Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir.
Bədənin vitamin və mineral ehtiyacını ödəyin
Düzgün qidalanma, gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq. Xatırladaq ki, A və C vitaminləri, antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, mandarin və.s, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir.
Lakin unutmayın ki, meyvələr şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanlıdıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yemək arası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin.
Düzgün qidalanmada digər bir şərt, kifayət qədər zülal qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir. Sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1189
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook