İlk tibbi yardım. Tənəffüsün dayanması. Süni tənəffüs

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 15 338
Səs ver:
(səs: 1)

 

Orqanizmi  təşkil  edən bütün  hüceyrələr  həyati  funksiyalarını  davam etdirmək  üçün osigenə  ehtiyac duyur.Nəfəs aldığımız havanın 21 %- osigendən  təşkil olunub və  bız  bu həcmın 5 %-ini istifadə  edirik.

 



Oksıgen çatışmazsa :

  • Ilk  0-1  dəqıqədə  kardıak  həssasıyyət – aritmiyalar 
  • 1- 4 dəqiqədə beyındə zədələnməyə  meyllik
  • 4-6 dəqiqədə beyində zədələnmə  başlanır
  • 6-10 dəqiqədə  beyindəki zədələnmə  artır
  • 10  dəqiqə  beyində  sonra geridönməz dəyışikliklər yaranır

Normal halda tənəffüs   səssiz, agrısız, asanlıqla gercəkləşır.Yetkin insan  dəqiqədə 15-20 dəfə , uşaqlar 20-30 dəfə , körpələr 30-40 dəfə  tənəffüs  edir.

Tənəffüsü  kontrol  etmək ücün döş  qəfəsının qalxıb enməsınə  baxılır.Tənəffüs  dinlənır. Ağıza buruna  ayna tutulur - buxarlaşma yoxdursa  tənəffüs  yoxdur. Tənəffüs dayanıbsa üzvlər oksigenlə  təmın olunmadığı üçün dodaqlar və  dırnaqlar  sianozlaşır (göy- bənövşəyı).

Tənəffüs  sürətli və  səthidırsə  səbəb -  fiziki  məşq, qaçmaq, qızdırmalı  xəstəliklər, şok, zəhərlənmə  və.s ola bilər.

Tənəffüs  dərin , çətin, kəsik - kəsikdirsə  tənəffüs yolu  tıxanmış və ya  ağciyər problemlərı ola bilər.

Insan danışmırsa, öskürmürsə, refleks olaraq  iki  əliylə   boğazını  tutursa tənəffüs yolu  yad cısmlə tıxanmış ola bılər.

Qəzaya ugramış  bir insana yaxınlaşan zaman  ilk növbədə  nəfəs yolunda maneənın olub olmamasına, nəfəs alıb vermənın  və  nəbzın olub olmamasına dıqqət yetırılməlıdır.Insana çıynındən azca qaldırıb halı soruşulur.Əgər cavab vermirsə  huşu  aydın deyıl.Bu halda başı alından  və  çənədən  dəstəkləyərək  qaldırıb azca gerıyə  yatırmaq lazımdır. Bu tənəffüs  yolunun  açılmasını təmin edir, dilin  geriyə qatlanaraq  bu  yolu tıxamaısının  qarşısını alır.

Tənəffüsün olub olmaması kontrol edılır.Əgər insan nəfəs alıb vermirsə süni  nəfəs verilir.Ağızdan buruna və  agıza hava verilə  bilər. Əgər xəstənin ağzını açmaq mümkün deyılsə və ya üzdə  ciddi yaralanma varsa burundan verilə bilər. Bu zaman ağız qapanmalıdır.Ən yaxşı yol ısə ağızdan - ağızadır. Baş  və  şəhadət barmaqları ılə  burun qanadları  sıxılır,nəfəs alınır və  xəstənın ağzına dəsmal və ya salfet örtülərək  üfürülür.Bu zaman- nəfəs verilərkən  döş qəfəsinin qalxmasına ,ardınca isə  enməsinə  diqqət edilməlidır.Veriləcək havanın həcmi döş  qəfəsinin çox  qaldırmamalıdır.Çox  güclü nəfəs verilməsi  məsləhət  görülmür.

Nəfəs yolu  açıq olan insanda  qusma və ya qanaxma təhlükəsi varsa başı yana çevrilır.Əgər boyun fəqərələrındə  zədələnmə varsa insan yan üstə  çevrilir .Bu  yolla dilin çevrilməsi, qusuntu və qanın nəfəs yolunu tutması  əngəllənir.

OKSİGEN ARTIQLIĞI

Bəzən tənəffüsün dayanmasına oksigen çatışmazlığı deyil, əksinə oksigen atrıqlığı səbə ola bilir.Belə ki az müddətdə çox nəfəs alıb vermə  nəticəsində qandakı oksigenin miqdarı çoxalır.Tənəffüs mərkəzinin qıcıqlanması üçün isə karbon dioksid lazımdır.Oksigen artıb , karbon dioksid  azaldıöına görə tənəffüs mərkəzi qıcıqlanmaz, tənəffüs dayana bilər

İlk yardım

Tənəffüsü çətinləşən insana dəliksiz selofan  verilir.Burun və ağzını selofanın içinə salaraq və onun içərisinə nəfəs verib - alır.Bu şəkildə aldığı havada karbonun miqdarı çox olduğundan  tənəffüs normallaşır.


İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 15 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri