İlk tibbi yardım.Suda boğulma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 749
Səs ver:
(səs: 0)

 

Suda batma səbəbiylə nəfəssiz qalma nətıcəsındə boğulma baş verır.Insan suda həyəcana qapılarsa tənəffüs yoluna az və ya çox su sıcraması halında boğulma baş verə bilər.Belə ki bu zaman daha cox suyun nəfəs yoluna keçməsını əngəlləmək ücün reflektor olaraq udaq əzələlərı yığılır . Bu zaman da su ılə yanaşı havanın da kecməsı əngəllənır və  insan huşunu itirir.Bır müddət sonra əzələlər  boşalır .Bu müddət ərzındə xilas olunmazsa agcıyərlərə su dolur.

Bogulmaq üzrə olan birini gördükdə öncə  ip, xılasedıcı daırə suya atılır,budaq uzadılaraq tutmasına kömək edilir.Əgər xilasetmə ilə bağlı  təlimsizsinizsə o zaman batmaqda olanın huşunun  itməsıni  gözləyin ,ondan sonra sudan çıxarmaga cəhd edın.Çıxardıqdan sonra tənəffüsü, nəbzi  ,ürək döyüntüsünü kontrol edin. Cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla  yosunları və digər yad cisimləri təmizləyin. Bundan sonra sağ dizinizi yerə qoyaraq, boğulmuş insanı  dizdən bükülmüş sol ayağınızın üzərinə üzü aşağı qarnını budunuza söykəməklə,qoyun.Əlinizlə kürək arasına güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməsinə kömək edin. Su xaric olduqdan sonra yerə uzadın boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını,ürəyinin döyünüb-döyünməməsini yoxlayın. Üstünü örtün (şoka düşməməsı  ücün önəmlıdır).

Əgər huşu aydın deyilsə, nəfəs alıb vermirsə  təcılı yardım gələnə qədər ürəyın masajı və sünı tənəffüsü həyata keçirin.

 


(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri