İlk tibbi yardım. Dalma qəzaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 620
Səs ver:
(səs: 0)

 

Dalma  ilə əlaqədar əasən iki ciddi problem meydana çıxır. Barotravma  və dekompressiya xəstəliyi .

AĞCİYƏR  BAROTRAVMASI

Dalma zamanı ağciyərlər təzyiqdən büzüşür.Ağciyərlərin daha artıq büzüşməsi barotravmaya səbəb olur.Balonla dalan dalğıc  suyun dərinliyində tənəffüs etdiyi havani , suyun səthinə çıxarkən verməlidir.Dalğıc su üzərinə  çıxarkən nəfəsini tutursa bu zaman hava emboliyası əmələ  gəlir.Ağciyər  daxilindəki hava təzyiqi sabit qalsa da , döş qəfəsi üzərindəki  xarici təzyiq sürətlə azalır.Ağciyər daxilindəki hava sürətlə genişlənir ,  alveollar yırtılır.Azad olan hava qabarcıq şəklində qan dövranına qarışır, damarlarda tıxac yaradır - hava emboliyası  törədir. Balonsuz dalan dalğıc suyun səthində ağciyərlərini hava ilə  doldurub dalar, və yenidən su səthinə çıxarsa nəfəsini tutması hava emboliyası  törətməz.

Əlamətlər : Qəfil başlayan  və şiddətli yırtılan kimi ağrılar  ,öskürəklə ağızdan köpüklü qan gəlməsi , nəbzin və tənəffüsün sürətlı və səthi olması,iflic,göz bəbəklərinin ölçülərinin  fərqliliyi.

İlk  yardım

ABC  kontrol edilərək , davamlılığı tənzimlənir.Təcili xəstəxanaya çatdırılmalıdır.Təcili oksigen (15 litr) verilməlidir.Sol yan tərəfinə , başı bədənə nisbətən aşağı yatırılmalıdır.Serum yeridilməlidir.

VURĞUN  - DEKOMPRESSİYA  XƏSTƏLİYİ  ( CAİSON XƏSTƏLİYİ )

Dalğıc çox miqdarda azot qazının bədəndə əriməsinə səbəb olacaq qədər uzun müddət dənizin dibində qalarsa və ani olaraq su səthinə çıxarsa  , bu zaman orqanizm mayelərində çox miqdarda azot qazı qabarcıqları   əmələ  gəlir.Bu qabarcıqlar damarlarda tıxac yaradır - hava emboliyası  törədir.Bu tablo vurğun adlanır.

Əlamətlər : hava emboliyası  və vurğun  zamanı - Böyük oynaqlarda ağrı (çiyin, dirsək),tənəffüsün çətinləşməsi ,qanın aşağısında ağrı, baş ağrısı,dəridə törəmələr , solğun ləkələr,ödem, sianoz, nitqin çətinləşməsi, şüurun - huşun itməsi, görmədə pozulmaları, başgicəllənmə, keyimə, iflic.

Hava emboliyası və vurğunu  ayırd etmək çətindir.Hava emboliyası dalğıc su səthinə  çıxan kimi əmələ gəlir, vurğun isə bir neçə saat görülməyə bilər.

İlk yardım

Qəzaya uğrayan dalğıc sudan çıxarılır.ABC kontrol edilir, davamlığı tənzimlənir.Sol yani üstə yatırılır,baş bədənə nisbətən 15  dərəcə aşağıda saxlanır.Xəstəxanaya çatdırılır.Təcili olaraq oskigen verilir.Damara ringer məhlulu və fizioloji məhlul vurulur.

 


İlk növbədə təcili yardım çağırın. Saytda yerləşdirilmiş mövzular ilkin müdaxiləyə kömək məqsədi daşıyır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 620
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri