Cins şalvar alarkən bunlara diqqət edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 195
Səs ver:
(səs: 4)
Yeni şalvar seçərkən, sizi qüsursuz göstərməsi üçün ilk öncə bədən ölçülərini nəzərə almalısınız. Bədən ölçüləri ilə bağlı hər xanım istədiyi şalvarı ala bilmir.

- Gündəlik geyimdə ancaq cins geyinirsinizsə, klassik kəsimli cinslər alın.

- Ayaqlarınızın daha uzun görünməsi üçün uzunayaqlı və dar kəsimli modellərə üstünlük verin.

- Tünd rəngli cins hər zaman klassik və gözəl görünür.

- Açıq rəngli cins istəyirsinizsə, ən tünd rəngini seçin. Hər yuduqdan sonra onsuz da rəngi açılacaq.

- Bol kəsimli cins sizi olduğunuzdan da kök göstərəcək.

- Yuvarlaq arxanız və balaca, dar ombanız varsa, dartılan cinslər tam sizə görədir.

- Beli düşük, sallanan cins geyinirsinizsə, alt paltarınızın da beli aşağıdan olmalıdır ki, şalvardan görünməsin.

- Çox sevdiyiniz cinslərə hər zaman qulluq göstərin. Quru təmizləmə cinslərin ilk günkü kimi təzə qalmasına kömək edir.

- Arxa ciblər çox önəmlidir. Balaca və yuxarıdan olan ciblər arxanızı çox böyük göstərə bilər.

- Yüksək beli olmayan geniş ayaqlı cinslər hər bədən üçün uyğundur. Bu cür şalvarların yuxarı hissələri vücudunuza tam oturmalı və dizdən aşağı hissələri boş olmalıdır.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 7 195
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri