Xanımlar oxuyun lazım olacaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 969
Səs ver:
(səs: 0)
1. Gümüş əşyaların təmizlənməsi.
Gümüş əşyaları  ilıq su və yuyucu vasitələrlə yuyun, sonra quru yun əsgi ilə parıldayana kimi silin. Gümüş qaşıqları istifadə edəndən dərhal sonra qablar üçün yuyucu vasitə qatılmış qaynar suya saldıqda parıldayır.
 
2. Sürtgəci təmizləmək üçün.
Köhnə çörək dilimini sürtgəcdən keçirin və onu soyuq suyla yuyun.
 
3. Diqqət! Tutqunmu , yoxsa parlaqmı.
Aliminium folqanın biri parlaq , digəri tutqun olmaqla iki üzü var. Yeməklərin üstünə tutqun olan tərəfi dəyməlidir, çünki parlaq olan tərəfi oksidləşə bilər.
 
4. Sarımsaq və ya soğan iyi.
Əlinizdə qalan qoxunun getməsi üçün paslanmayan polad bıçaq və ya qaşığı barmaqlarınıza sürtərək axar suyun altına tutun.
 
5. Kəsik limonlarınız dərhal quruyursa.
Kiçik bir boşqaba şəkər tozu səpin , limonu kəsik tərəfiylə onun üstünə qoyun.Bu şəkildə limonu iki həftə qurumadan saxlaya bilərsiniz.
 
6. Alma sirkəsi.
Soyulmuş alma qabıqlarını atmayın.Bir qab götürün , alma qabıqlarının üzərinə üstünü örtəcək qədər qaynadılmış su, 2 çay qaşığı  şəkər tozu əlavə edin.Qapağını kip örtüb otaq temperaturunda bir müddət saxlayın. Sirkəni süzgəcdən süzüb istifadə edin. Bu sirkə mədə üçün zərərli deyil.
 
7. Yumşalmayan lobyalar.
Uzun müddət bişirildiyi halda yumşalmayan lobyanın içinə bir qəhvə qaşığı rakı və ya yarım qəhvə qaşığı çay sodası əlavə edin.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 3 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri