Ev şəraitində dişləri ağartmaq üsulları

Müəllif: Gulu-Qezi
Şərhlər:
Baxılıb: 2314
Paylaş:
Səs ver:
(səs: 2)
Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.Axşam dişləri təmizlədikdən sonra barmaqlarla diş ətini masaj etmək tövsiyə olunur. Diş ətini masaj etmək üçün təmiz barmaqları onun üzərinə qoyaraq, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində aparılır. Prosedurdan qabaq diş ətinə diş pastası da sürtmək olar. Ağız boşluğu və diş ətinin iltihabları zamanı masaj etmək olmaz.Hal hazırda stomatoloqlar dişlərin ağardılması üçün müxtəlif metodikalardan istifadə edirlər.Lakin ev şəraitində də bəzi xalq təbabəti üsuların köməyi ilə dişləri ağartmaq mümkündür. Bu vasitələrin arasında: 1. Ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və dişlər onun külü ilə təmizlənir. Dişlərin bəyazlığı üçün həmin vasitələrlə yanaşı qida seçimində də diqqətli olmaq lazımdır (tünd çay, qəhvənin qəbulundan imtina edin). 2. Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu, dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur. 3. "Stomanginol"dan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanaraq qida qalıqlarından təmizlənməlidir. Bundan sonra gigiyenik vasitədən 1 xörək qaşığı götürərək ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə qarqara etmək lazımdır. Qarqaradan sonra ağız boşluğu və ya boğaz su ilə yaxalanmamalıdır. Gündə 3-5 dəfə yeməkdən sonra qarqara olunması vacibdir. "Stomanginol"dan müntəzəm istifadə edilməsi ağız boşluğunun və boğazın sağlam vəziyyətdə qalmasına zəmin yaradır. İstifadə etməzdən əvvəl gigiyenik vasitəni çalxalamaq lazımdır. 4. Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi də istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloza bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir. Qəhvə və ya üzüm suyu içdikdən sonra mütləq bir alma yeyilməsini vərdiş halına gətirmək lazımdır. 5. 1 stəkan suda 1 ədəd hidrogen peroksid həbi həll edilir və ağız yaxalanır. Yaxşı effekt əldə etmək üçün proseduru həftədə 1-2 dəfə təkrarlamaq məsləhətdir. Digər üsul: qulaq çöpü 3%-li hidrogen peroksidi məhlulunda isladılır və dişlər hər iki tərəfdən təmizlənir. Daha sonra dişləri yaxşı yaxalamaq lazımdır. Proseduru həftədə 1-2 dəfə etmək olar. 6. Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbləri yaxşı əzilir, dişlər alınmış tozla təmizlənir (diş pastası ilə də qarışdırmaq olar). Bu proseduru 1 ay ərzində həftədə 1 dəfə etmək kifayətdir. 7. Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır. Dişlərin xalq təbabəti üsulları ilə ağardılması həkim təyinatı ilə aparılmalıdır. Dişlərin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya göstərəcəyi məlum olmadığına görə bəyaz dişlər əldə etmək əvəzinə diş emalı zədələnə bilər. Ona görə də həmin prosedurlardan istifadə etməzdən əvvəl stomatoloqla məsləhətləşmək yaxşı olar.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2314
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv