Həddindən artıq tərləmənin qarşısını necə almaq olar?

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1631
Paylaş:
Səs ver:
(səs: 2)
İnsan bədəninin səthində tər vəziləri yerləşib. Bu vəzilər tərəfindən duzlu mayenin ifrazına tərləmə deyilir. Bu, orqanizmin normal fizioloji funksiyası hesab edilir. Tərləmənin əsas vəzifəsi budur ki, o, bədən səthini soyuq halda saxlayır və onun hərarətini tənzimləyir. Bütün bunlarla yanaşı, bədən tərləmə prosesinin köməkliyi ilə şlaklardan təmizlənir. İnsanın bütün bədənində, ən çox da qoltuq, pəncə və ovucda  tərləmə prosesi baş verir.

Tər əslində iysizdir. Ancaq bədənin səthində olan bir sıra bakteriyalarla təmasa keçən kimi onlardan asılı olaraq xoşsgəlməz iy verməyə başlayır.

Tərləmənin özünün müəyyən bir səviyyəsi olur və bu səviyyə də insandan-insana dəyişir. Çünki tərləmə insanda olan tər vəzilərindən asılıdır ki, bu vəzilər də hər kəsdə eyni miqdarda olmaya bilir. Bəzi insanlarda daha çox tər vəzisi olduğu üçün onlar gün ərzində çox tərləyir, bəzilərində isə az olduğuna görə onlar çox az tərləyirlər.  

Qadınlarda tər vəziləri kişilərlə müqayisədə daha çox olur.  Amma buna baxmayaraq, kişilərdəki tər vəziləri qadınlardakı vəzilərdən daha fəal haldadır.

Tər vəziləri ekkrin və apokrin olaraq iki qrupa ayrılırlar. Xoşagəlməz qoxunu yaradan əsasən apokrin vəzilərinin yaratdığı tərdən asılıdır. O, daha çox yağlı tər yaradır və bu təri də tükün dibində ifraz edir.  Digər vəz – ekkrin isə birbaşa dəri səthinin hər tərəfində olur.

Çox tərləmək bir çox hallarda xəstəlik sayılır. Amma elə hallar var ki, məsələn, bir insan anadangəlmə çox tərləyə bilər və bu xəstəlik hesab edilmir.  Amma yenə də çox tərləməsi olan adamlar ehtiyatlı davranmalı və mütləq həkim müayinəsindən keçməlidirlər.

Çox tərləmənin bir sıra səbəbləri var.  Gəlin onlara qısa bir nəzər salaq:

- Spirtli içkinin qəbulu
- Narkotik maddələrin qəbulu
- Qızdırma və bədənin infeksiyalara yoluxması
- Bəzi ədviyyatlardan çox istifadə etmək
- Uşaqlarda D və C vitamininin azlığı
- Şəkərli diabet
- Stress
- Qan şəkərinin aşağı olması
- Yüksək fiziki aktivlik
- Klimaks dövrü
- Kofein
- Ürək xəstəliyi
- Köklük
- Havanın yüksək hərarəti və s.

Tərləmə zamanı aşağıdakı hallar da yaransa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır:

- Sinədə ağrı
- Hərarət
- Nəbzin sürətli atışı
- Nəfəs darlığı
- Çəkinin azalması

Bu problemlər hansısa infeksiyanın olmasına işarədir. Bu hallarda da mütləq həkimə müaciət etməlisiniz:

- Çox tərləyirsinizsə, uzun müddət tərləməniz dayanmırsa və ya səbəbsiz yerə tərləyirsinizsə;

- Tərləmə zamanı və tərləmədən sonra sinənizdə ağrı və ya sanki kiminsə sinənizi basdığını hiss edirsinizsə;

- Əgər tərləmə zamanı çəki itirdiyinizi görsəniz və ya daha çox yatarkən tərləyirsinizsə.

Tərləmənin insan bədəninə xeyri olsa da hər şeyin çoxu zərərdir. Əgər sizdə də tərləmənin dərəcəsi artıbsa, o zaman mütləq həkimə müraciət edin və müayinə olunun. Unutmayın ki, bunu asanlıqla müalicə etmək olar.

loading...
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 1631
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
1205
Mennen gun 3litr su ter vasitesile cixir.eynimde quru paltar olmur hec vaxy geyinen kimi su olur paltar.ama uwuyenem.istiden terlemirem
18 sentyabr 2015 13:00
13
Offline
Aysel Tatli
terleme mende cox olmur
6 fevral 2015 18:36
12
Offline
adsiz-a
men cox cox tesadufen terleyirem oda azacik
6 fevral 2015 15:42
11
Offline
Baharim ol
Bununla bagli hekime getdim dedi nevrozsan ona gore ellerin ayaqlarin cox terleyir.heqiqetende esebiyem
6 fevral 2015 15:22
10
Ama yenede
Offline
emis
mendede olur ona gorede menim qalin qis koftam yoxdu qalin geyinirem
6 fevral 2015 15:13
9
Offline
lili)
mende arada zeifleyende olur birdeki yay aylarinda
6 fevral 2015 14:54
8
Offline
Luna-90
Oglum cox hereketlidi ondada tez terleyir
6 fevral 2015 14:38
7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Fialka
Tərləməyə səbəb olan bəzi faktorları bilmirdim məndə yoxdu əsasən yay aylarında olur
6 fevral 2015 13:09
6
Offline
tatyana
men hec vaxt terlemirem
6 fevral 2015 12:54
5
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Tomris Müslümova
mende ele bir prablem yoxdu tsk
6 fevral 2015 12:31
4

Sən sadəcə mənimsən...!
Offline
AYKA-ISI
tewekkurler ama terliyen deyilem

tewekkurler ama terliyen deyilem
6 fevral 2015 10:59
3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
BARBI
Terleme problemi mende yoxdur
6 fevral 2015 10:59
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Rusi
maraqli melumata gore tewekkurler
6 fevral 2015 10:22
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv