Şokolad və kakao öskürək zamanı kömək edir

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 4 107
Səs ver:
(səs: 2)
Qrip və kəskin respirator virus infeksiyaları xəstəlikləri fəslində insanlar immunitetlərini möhkəmləndirmək üçün müxtəlif üsullar axtarırlar. Xəstəlik özünü göstərən vaxt isə çoxları ev vasitələrinin köməyilə və dərmansız müalicə olunmaq istəyirlər.
İmmuniteti möhkəmləndirən vasitələrin populyarlığı günü-gündən artır. Onlardan biri də immuniteti stimullaşdıran exinasey preparatlarıdır ki, bunun hesabına kəskin respirator virus infeksiyaları xəstəlikləri az fəsadlarla müşahidə olunur. Amma son araşdırmaların nəticələrinə görə, məlum olub ki, exinaseyin təsiri simptomların davamlılığını yalnız bir neçə saat azaldır.
Bu arada 2 müstəqil ekspert qrupu diqqəti şokolada yönəldib. Sən demə, onun tərkibində kakao-boblarda olan təbii məhsul teobromin daxildir. Kimyəvi formuluna görə, kofeinə oxşasa da, təsiretmə cəhətinə görə, ondan fərqlənir. O, əsəb sisteminə deyil, ürək-damar sisteminə stimullaşdırıcı təsir göstərir. Koronar damarları genişləndirir və ürəyin fəaliyyətini yaxşılaşdırır. Bronxların hamar əzələlərinin boşalması hesabına, bronxların spazmasını aradan qaldırır.
Məhz teobraminin bronxlara təsirini nəzərə alaraq, təzə dərman istehsalında ondan istifadə etmək qərarına gəlinib. İndi isə ekspertlər insanlara öskürək zamanı şokolad yeməyi məsləhət görürlər. Ümumiyyətlə, qara şokolad südlü və ağ şokoladdan daha məsləhətlidir. Çünki onun tərkibi teobraminlə daha zəngindir.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 4 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri