Meyvələri necə dondurmaq olar

Müəllif: Bestoş
Şərhlər: 10
Baxılıb: 1020
Paylaş:
Səs ver:
(səs: 7)
Meyvənin dondurulması heç də onun vitaminlərinin ölməsi demək deyil. Yalnız C vitamini cüzi miqdarda azalır. Əgər meyvələri doğru mövsümdə dondursanız, qışda supermarketlərdən dərmanlı meyvənləri almalı olmayacaqsınız.

Dondurulmuş meyvələrlə siz qışda yaranan avitaminozun qarşısını ala bilərsiniz. Demək olar ki, bütün giləmeyvələri dondura bilərsiniz. Ərik, alça, üzüm, albalı, mərsin, gilas və digər ürəyiniz istəyən giləmeyvəni seçə bilərsiniz. İri meyvələrdən isə, armud, alma, qarpız və yemişi dondurmaq olar. Seçim əlbəttə ki, genişdir. Ancaq elə meyvələri seçmək lazımdır ki, onlardan sizə lazım olan vitamini əldə edə biləsiniz.

Əsas tələblər
Dondurmaq istədiyiniz meyvələr tam yetişmiş olmalıdır. Lakin istisna hal da var. Əgər dondurduqdan sonra meyvələri kompot və ya mürəbbə bişirməyə istifadə edəcəksinizsə, tam yetişməmiş meyvələrdən də istifadə etmək olar.

Dondurmazdan 2 saat əvvəl yığılmış giləmeyvələr bu proses üçün ideal sayıla bilər. Bu halda meyvələr həm təravətli, həm də daha vitaminli olur. Diqqətli olun, xərəb və çürük meyvələr gözünüzdən qaçmasın.

Əvvəlcə meyvələri nədə və necə qablaşdıracağınıza qərar verin-kiçik və ya böyük porsiyalarla, paket və ya xüsusi qablarda. Buzxananızın ölçüsünü nəzərə alın. Qışda sizə hansı meyvələr və nə üçün lazım olacaq və s. bu kimi sualları əvvəlcədən düşünün.

Əslində giləmeyvələri şəkər tozu ilə dondurmaq daha yaxşı olar. Əks halda onlar deformasiya olur və formasını itirir. 1kq giləmeyvəyə 0,3 kq şəkər tozu əlavə olunmalıdır. Meyvələri artıq istifadə olunmuş paketlərə yığmaq olmaz. Bir qablaşdırmaya 600-700 qramdan artıq giləmeyvə yığmağınız məsləhət deyil. Diqqət edin ki, qabın içində hava qalmasın

Dondurma qaydası
Giləmeyvələri yaxşıca yuyun və təmizləyin. Kağızın üstündə qurudun və iri tasa yığıb şəkər tozunu səpin. Sonra isə artıq onları paketlərə və ya plastik qablara yığıb 2-3 saatlıq soyuducuya qoyun. Meyvələrin suyunun çıxmağını gözləyin. Sonra onları çıxardın, giləmeyvələri öz şirəsi ilə birlikdə plastik qablara yığın və buzxanaya üstü açıq şəkildə qoyun. 1 gündən sonra yenidən çıxardıb, sıx şəkildə qablaşdırın və artıq qışa qədər buzxanaya yerləşdirin.

loading...
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 1020
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
FISTIK
men elemisem zogal qeweng olur
16 mart 2015 23:46
10
Offline
vipbetul
sveshi meyvlere yaxsidi ind ele zamandiki isdediyin her seyi tapmaq olar marketlerde ehtiyac yoxdu dondurmaqa bele
16 mart 2015 21:44
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
tek umidim sen
Anam hemise yay meyvelerinden dondurur, qisda yemeye. Cox gozel olur
16 mart 2015 14:10
8
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Tomris Müslümova
soyuducu <No Frost> olanda yaxsi donur terkibi itmir
16 mart 2015 13:41
7

Sən sadəcə mənimsən...!
Offline
SEVGI DENIZIM
yememisem bele meyve
16 mart 2015 12:58
6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Offline
emis
dondurulmus meyve yememisem hec bilmirem neter dadar mence adi qeseng dadar
16 mart 2015 12:38
5
Offline
leyla_258
DONDURMAQDAN SA,YEMEYI TERCIH EDEREM...
16 mart 2015 12:35
4
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
xeyalperest
bizde meyve yox terevez dondururq twk
16 mart 2015 12:14
3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
Fialka
Bəzi meyvələri məndə buzluqda qışa saxlayıram sadəcə şəkər tozu vurulduğunu bilmirdim.
16 mart 2015 10:37
2
Offline
BARBI
Men en cox zogali gilas ve alcani buzluqda saxlayiram digerleri alinmir
16 mart 2015 10:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv