Burun və qulaqlara qulluq

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 055
Səs ver:
(səs: 7)
Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər.

Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir.

Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir.

Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır.

Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir.

Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakı dərini massaj edin.

Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca kirşanlamaq olar.

Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq olmaz.

Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz halların əmələ gəlmə təhlükəsini törədir.
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 3 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri