Tərk edilənlər bu yazını oxumalıdır

Müəllif: emis
Şərhlər: 6
Baxılıb: 3 591
Səs ver:
(səs: 4)
Hər bir insan tərk edilə bilər. Bəzən bu tərk edilmələr insanın vecinə olmaya da bilər, bəzən isə insanı əzablara düçar edər. Bu əzablardan xilas olmağın tək yolu isə onu geri qaytarmaqdır. Sizdən ayrılan sevgilinizi necə geri qaytarmalı?

1. İlk növbədə onu həqiqətən yenidən istəyib istəmədiyinizə qərar verin. Çünki bəzən tərk edilməyin yaratdığı hisslər insana təsir edir. Sevgi isə bu deyil. Onu həqiqətən sevib sevmədiyinizi düşünməlisiniz.

2. İşə səhvlərinizi qəbul edərək və aşiq olduğunuz şəxsə bunu hiss etdirərək başlayın. Unutmayın, siz də hamı kimi insansınız, səhv edə bilərsiniz.

3. Niyə görə bitdi? Bu sualın cavabını düşünüb özünüzə dürüst cavab verin. Niyə tərk edildin? Bunun mütləq bir səbəbi var və o səbəbi tapmaq vacibdir.

4. Özünüzü yazıq yerinə qoyub kədərli görünməyin. Amma ürəyinizin qan ağladığını hər imkanda öz hərəkətlərinizlə bəlli edin. Bu hamının bildiyi insan psixologiyasıdır. Qaçan qovalanır.

5. Ortaq dostlarınızdan dəstək və kömək istəyərək onunla əlaqələri tam olaraq qoparmamağa çalışın.

6. Ona dəyişdiyinizi, dəyişməyinizin mümkün olduğunu və hətta onun üçün hər şeyi edə biləcəyinizi göstərin.

7. Hələ də onu düşündüyünüzü göstərən qısa və konkret "xatırlatma” mesajları göndərin.

8. Ona sürprizlər edin və əsl məqsədinizin əslində onu xoşbəxt etmək olduğunu hiss etdirin. Çünki hamı sürprizləri sevir.

Əgər qayıtmırsa, deməli hər şeyi sıfırdan başlamaq və onu unutmaq vaxtıdır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri