Sodanın fantastik xüsusiyyətləri

Müəllif: Wiyinka
Şərhlər: 16
Baxılıb: 2618
Paylaş:
Səs ver:
(səs: 5)
Hər bir mətbəxdə sodanı tapmaq olur. Adətən sodadan müxtəlif şirniyyatların bişirilməsi zamanı istifadə olunur.

Lakin adi sodanı bir çox digər sahələrdə də istifadə etmək mümükündür.

1. Soda məişətdə çox effektli yuyucu vasitə kimi geniş istifadə oluna bilər. Sodanın köməyi ilə qabları, şüşələri, kafeli və s. yumaq mümkündür. Bu xüsusilə yuyucu vasitələrə (camaşır tozu, qabyuyan vasitələri və s.) allergiyası olan qadınlar üçün vacibdir. Soda allergiyalara səbəb olmur.

Sodanın toksiki xüsusiyyətləri yoxdur. Bu səbəbdən sodanı körpə uşaqların qab-qacaqlarının (əmzikli şüşələr, qablar və s.) yuyulmasında istifadə etmək olar.

2. Soda qıcqırma və gəyirmə ilə mübarizədə çox tez kömək edir. Bunun üçün 1/2 stəkan qaynanmış ilıq suda 1/2 çay qaşığı sodanı həll edin və birnəfəsə için. Qıcqırmanın səbəbi mədənin turşluğunun artmasıdır. Soda mədədə olan xlorid turşusunu neytrallaşdırır və bunun nəticəsində qıcqırma və gəyirmə yox olur.

Lakin nəzərinizə çatdıraq ki, bu vasitəni yalnız nadir hallarda və yalnız "təcili tibbi yardım" kimi istifadə etmək olar. Məsələ burasındadır ki, soda mədədə olan xlorid turşusu ilə kimyəvi reaksiyaya girərək, karbon qazı əmələ gəlir. Bunun təsirindən isə mədə şirəsinin ifrazı artır. Nəticədə artıq miqdarlarda ifraz olunan mədə şirəsi mədənin özünü "həzm etməyə" başlayır ki, mədəni daxildən örtən selikli qişasında eroziyalar və xoralar əmələ gəlməyə başlayır.

Bundan əlavə sodanı tez-tez qəbul etdikdə, bu orqanizmin turşu-qələvi balansını poza bilər.

Qıcqırma və gəyirmə sizi tez-tez narahat edirsə, mütləq müalicə üçün qastroenteroloqa müraciət edin.

3. Boğaz ağrısı zamanı (angina, faringit və s.) soda ilə olan qarqaralar çox yaxşı kömək edir. Bunun üçün 1 çay qaşığı sodanı 1 stəkan qaynanmış ilıq suda həll edin və qarqara edin.

4. Ayaqlarınızda köhnə bərk döyənək ("mozol"), dabanlarınızda çatlar varsa, soda ilə ayaq vannaları qəbul edin. Qaynar suya 2 xörək qaşığı soda əlavə edin. Belə vannalar dərini çox yaxşı yumşaldır. Daha sonra isə çatlar zamanı dərinizi daban daşı ilə yaxşı sürtün və vazelin çəkin, döyənək zamanı ilə xüsusi plastırdan istifadə edin.

5. Diş iltihabı (flüs) zamanı da soda ilə qarqaralar yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan ilıq suda həll edin və qarqara edin.

6. Ağcaqanad və digər həşaratların dişləməsi qaşınmaya səbəb olur. Qaşınan yerə soda məhlulunda isladılmış (1 çay qaşığı soda + 1 stəkan su) pambıq qoyun. Qaşınma tez keçəcək.

7. Bəzi qadınlarda antipersperantlardan istifadəsi allergik reaksiyaya səbəb olur. Bu halda da soda kömək edə bilər. Quru təmiz qoltuqaltı nahiyələrinə bir qədər soda sürtün. Bu sizi tər iyindən xilas edəcək.

8. 1 çay qaşığı sodanı 1 xörək qaşığı xama ilə qarışdırın. Bu çox yaxşı skrab və eyni zamanda üz üçün ağardıcı maskadır. Təmiz üz dərisinə çəkin və 15 dəqiqədən sonra masaj xətləri üzrə yüngül masaj edin. Daha sonra ilıq su ilə yuyun.

loading...
(səs: 5)
Şərhlər: 16
Baxılıb: 2618
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
menede dediler disimi sodali suyla qarqara et,etdim agilsizliq uzunden,hekime getdim,sodali suyla agzimi yaxalamisam dedikde teecublendi,disimin diblerini acib soda,hazirda mualice aliram disime,sodanin sayesinde
23 mart 2015 11:30
16
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
FISTIK
Bilmirdim oyrenmis oldu...twk
22 mart 2015 22:34
15
Offline
isveç.de
Çoxunu bilirdim. Təşəkkür edirəm. Birində mən deyim qaralan gumuşləri gecədən sodada qoyub ustunə biraz su əlavə edib qaralmış gumuşləri qoyub səhər yuyub görəcəksinizki ,sanki indi alınıb. Mən həmişə bunu edirəm.21
22 mart 2015 16:40
14
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Online
Gultekin.A
bir ikisin bilirdim.ama coxsub yox.cox sagolun.melumat ucun
22 mart 2015 15:22
13
AĞ GÜLÜN QARA KÖLGƏSİ VAR
Offline
canr
Faydali melumat oldu.
22 mart 2015 13:36
12
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Offline
vipbetul
lazimli melumatdi,sodali suyu esaen idmanda isdifade edirler
22 mart 2015 13:28
11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
leyla_258
AAAAAYYYYY IKISINI BILIRDIM,O BIRILERINI ISE OYRENDIM.
22 mart 2015 12:39
10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
my_angel
Sodaya bax ee sen,10 barmağında 10 marifet varmış.Heç bilmirdim,teşekkürler
22 mart 2015 11:43
9
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Ayten666
Qoltuqalti ve maska daha maraqli geldi mene ederem gorum nolur netice
22 mart 2015 11:34
8
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Offline
Catwoman666
Sodanun cox xeyri var bu qederini bilmirdim
22 mart 2015 10:56
7
Viking
Offline
Fialka
Sodadan istifadə edirəm 3 ,5, 7 bilirdim qalanınıda öyrənmiş oldum sonuncu maskanı mütləq edəcəm ..
22 mart 2015 10:47
6
Offline
BARBI
Men de sodadan cox istifade edirem cox faydali maddedir
22 mart 2015 10:19
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Rusi
daha cox diwlerimin agarmasinda istifade edirem
22 mart 2015 10:02
4
Offline
efsane..
esasen bogaz agrisinda istifade edirem bu qeder faydasini ise bilmirdim
22 mart 2015 09:48
3
Offline
emis
cox istifade etmirem ama bezi xususiyyetlerini bilirdim beizlerini yox qarqara elemeyi bilirdim ve. s tesekkurler
22 mart 2015 09:43
2
Offline
aziz a
bezilerini bilirdim, amma coxusunu bilmirdim.Dogurdanda cox lazimli xususiyyetleri var imis.
22 mart 2015 09:01
1
Böyük Rebbim sen özün kömek ol hamıya....

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook