Ayaqqabılarınız ömrünü uzadın

Müəllif: Bestoş
Şərhlər: 13
Baxılıb: 1126
Paylaş:
Səs ver:
(səs: 8)
Ayaqqabı almaq nə qədər diqqət tələb edirsə, ondan istifadə və ya ona qulluq etmək də bir o qədər diqqət tələb edir.

Bəs bunun üçün nə etmək lazımdır?
1. Ayaqqabınız palçığa batmışsa, nəm əski ilə təmizləyin.

2. Ayaqqabınızı heç vaxt suyun altında və ya paltaryuyan maşında yumayın. Bu, ayaqqabınızın formasını itirməsinə, həmçinin ömrünün qısalmasına gətirib çıxara bilər.

3. Ayaqqabınızın "formada qalmasını” istəyirsinizsə, qəliblərdən istifadə edin.

4. Üstü tikişli ayaqqabılarda tikiş yerlərindən su buraxma ehtimalı çoxdur. Ona görə də bu cür ayaqqabıları yağışlı və qarlı havalarda geymək məsləhət deyil.

5. Yaş və ya nəm ayaqqabını radiator üzərində və günəş altında qurutmayın. Ən yaxşısı onları otaq temperaturunda qurutmaqdır.

6. Əgər üzərində "Su keçirmir" (waterproof) sözləri yoxdursa, deməli, ayaqqabınız həmişə su buraxa bilər.
Ayaqqabınızın ömrünü uzadın

7. İçi astarlı və ya astarsız ayaqqabılar həqiqi dərindən hazırlandığı üçün sağlamlıq üçün təhlükəli deyil. Lakin belə ayaqqabılarda dərinin rənginin ayaqlara və corablara çıxması istisna olunmur. Ona görə də astarın rənginə uyğun corab geymək məsləhətdir.

8. Əgər ayağınız tərləyirsə, gec-tez dəri üzərində duzlaşmaya səbəb olur. Təəssüf ki, bu cür halların qarşısını almaq qeyri-mümkündür.

9. Zamşa və ya dəri altlıqlı ayaqqabılardan qarlı və yağışlı havalarda istifadə etmək məsləhət deyil. Ən yaxşısı bu havalarda rezin və kauçuk altlıqlı ayaqqabılar geyinməkdir.

10. Əgər ayaqqabınız iplidirsə, çıxaranda da ipini açın.

11. Ayaqqabınızı geyinəndə və çıxaranda dabanını əzməməyə çalışın.

Ayaqqabılara qulluq
1. Adətən ayaqqabının dərisi üzərində ayağın formasına uyğun qırışlar əmələ gəlir və bu qırışlar tədricən artır. Bunun qarşısını almaq üçün dərinin cinsinə uyğun qoruyucu və yumşaldıcı maddələrdən istifadə etmək məsləhətdir.

2. Dəri təbii hidrofobik səthə və gözənəklərə malik olduğu üçün belə ayaqqabılar daha tez islanır. Bu isə tədricən ayaqqabının su çəkməsinə gətirib çıxarır.

3. Ayaqqabının suya qarşı davamlılığını artırmaq üçün xüsusi püskürdücülərdən istifadə etmək olar. Bundan başqa, dərinin rənginə uyğun boyalar da köməyə gələ bilər.

4. Ayaqqabının ömrünün uzadan əsas amillərdən biri də eyni ayaqqabını hər gün geyməməkdir. Məsələn, bir ayaqqabını günaşırı geymək onun ömürünü üç dəfə artırır.

5. Ayaqqabılara hər gün qulluq etmək lazımdır. Məsələn, səhər və axşam məxmər parça ilə ayaqqabınızın tozunu ala, həftədə bir dəfə isə boyaya bilərsiniz.
Ayaqqabınızın ömrünü uzatmaq istəyinizsə, öz fəslinə uyğun geyinin.

loading...
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 1126
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
leyla_258
. Əgər ayağınız tərləyirsə, gec-tez dəri üzərində duzlaşmaya səbəb olur. Təəssüf ki, bu cür halların qarşısını almaq qeyri-mümkündür.
BEI CANIM MEN BUNU BILIRDIM.
9 aprel 2015 22:47
13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
aliceWOnDer
nezere alirdim indi daha cox nezere alacam
3 aprel 2015 19:23
12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Fialka
Ayaqqabı istifadəsində elədə problemim olmur, qeyd olunan məlumatların çoxu haqda məlumatım var..
3 aprel 2015 19:19
11
Offline
leyla_258
belke,fikir eliyerem.

belke,fikir eliyerem.
3 aprel 2015 16:15
10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Rusi
diqqet eliyirem
3 aprel 2015 14:28
9
Offline
vipbetul
men onsuzda her paltarim olsun ayaqqabim olsun bir kere geyinerem
3 aprel 2015 13:58
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qanadli melek
Hec diqqet etmirem ayaqqabilara.suyun altina tutub yuyuram hemisede
3 aprel 2015 13:15
7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
emis
men coxuna diqqet edirem cole cox cixmadigim ucunde ayaqqabilar gec cirilir yaxsi baxiram tesekkurlrr
3 aprel 2015 13:00
6
Offline
Catwoman666
məndə çox diqqət göstərmirəm amma ayaqqabılarımın hər zaman təmiz olmasına fikir verirəm
3 aprel 2015 12:34
5
Viking
Offline
Tomris Müslümova
hee yaxsi meslehetlerdi.tesekkurleer 03
3 aprel 2015 12:30
4
Sən sadəcə mənimsən...!
Offline
Qlamurr
Ayaqqabılarıma düzü o qədər də diqqət göstərmirəm,təmbəllikdən.
3 aprel 2015 12:07
3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
BARBI
Ayaqqabilarima her zaman diqqet gosterirem .
3 aprel 2015 11:37
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
arzum-aysum
bidenem həmişə ayaqqabılarının dabanini ezir
3 aprel 2015 10:07
1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv