İş yerində musiqi dinləmək zərərlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 021
Səs ver:
(səs: 4)
Mütəxəssislər iş yerində dinlənilən musiqinin motivasiyanı azaltdığı, diqqət dağınıqlığı və yaddaş itkisi kimi problemlərə yol açdığını təyin edib.

ABŞ-ın Corciya Universitetində edilən araşdırma nəticəsində məlum olub ki, çalışarkən musiqi dinləmək əslində insana motivasiya vermir. Gənc və orta yaşlı könüllülər üzərində aparılan testdə onlardan özlərinə verilən işi musiqinin müşayiəti və səssiz mühitdə dinləmələri istənilib.

Təcrübədən çıxan nəticədə hər iki qrupun da səssiz mühitdə işlərini daha tez yekunlaşdırdığı təyin olunub. Alimlər iş əsnasında dinlənilən musiqinin konsentrasiyanı pozduğu və bunu vərdiş halına gətirən yetkin insanların beyin funksiyalarında diqqət dağınıqlığı və yaddaş itkisi kimi halalrın meydana gələ biləcəyini ifadə edib.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 021
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri