Antibakterial sabunlar təhlükəlidir?

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 2 663
Səs ver:
(səs: 7)
Antibakterial sabun - bu ifadəni hər birimiz demək olar ki, hər gün işlədirik. Bundan əlavə "24 saat müdafiə”, "Aktiv qoruyucu təbəqə” reklam xarakterli ifadələri yəqin ki, hər birimiz eşitmişik. Bəs, biz bu sabunların ziyanlı tərəflərini bilirikmi? Onları baha qiymətə almağa dəyərmi?

Əksər hallarda antibakterial sabunlar özündə triklozan və triklokarbanı maddələrini birləşdirir.

Triklozan. İlk dəfə 1965-ci ildə istifadə edilməyə başlayıb. Onun əsas funksiyası bakteriya təbəqəsini formalaşdırmaqda iştirak edən fermenti bloklamaqdan ibarətdir. Məsələ buradadır ki, triklozan hansı bakteriyaları bloklamağın lazım olduğunu müəyyən edə bilmir. Buna görə də çox vaxt ziyansız, hətta orqanizm üçün xeyirli bakteriyaların ifrazının qarşısı alınmış olur. Bu bakteriyaların olmaması dəridə normadan artıq həssaslıq yaradır.

Triklozan bəzi adamlarda allergiya yaradır. Bəzi araşdırmalara görə hətta triklozan hormonal pozğunluğa kimi də gətirib çıxara bilər.

Triklokarban. Endokrin sistemi üçün təhlükəlidir. Labaratoriyada heyvanlar üzərində aparılan araşdırma göstərib ki, triklokarbanın istifadəsi müxtəlif fiziki qüsurlara, xərçəng xəstəliyinə və hətta reproduktiv funksiyanın pozğunluğuna gətirib çıxara bilər.

Yuxarıda sadalan hər iki vasitə dəridən çətin yuyulduğu üçün bəzən əlimiz sabunlu qalır və sabun qırıntıları müxtəlif yollarla ağzımıza keçir.

Fikir vermisinizsə, antibakterial sabunlar adi sabunlardan 2 dəfəyə kimi baha satılır. Ən təhlükəlisi isə çox adamın belə sabunların zərərli tərəfindən xəbərdar olmamasıdır. Axı bizə uşaqlıqdan tez-tez əlimizi yumağa öyrədiblər.

Əgər sizdə antibakterial sabunlardan imtina edə bilmirsinizsə o zaman aşağıdakı qaydalara riayət edin:
antibakterial sabundan ancaq əlinizi yumaq məqsədi ilə istifadə edin
əlinizi 20 saniyədən artıq sabunlu halda saxlamayın
çalışın tərkibində triklozan və triklokarban olan vasitələrdən az istifadə edin
əllərinizi sabunlayandan sonra təmiz suda yaxşı-yaxşı yuyun
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 2 663
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri