Noxud bağırsaqları qurdlardan təmizləyir

Müəllif: Wiyinka
Şərhlər: 17
Baxılıb: 1639
Paylaş:
Səs ver:
(səs: 8)
Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.

Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.

Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.

Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.

Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır.

Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərinə malikdir. Bu səbəbdən noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının riskini xeyli azaldır.

Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların (noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və aterosklerozun inkişafının riskini xeyli azaldır.

Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə yaxşı kömək edir.

Noxud qurdqovucu təsirinə malikdir.

Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.

Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar, civzələr və s.-dən təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə (quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən sonra yumaq lazımdır.

Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq, bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu noxudun köpdürücü xüsusiyyətlərini azaldır.

Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.//saglamolun.az

loading...
(səs: 8)
Şərhlər: 17
Baxılıb: 1639
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
arzum-aysum
noxudu cox sevirem, yemek ucun bisirende mutleq bir nekveki duzlayib yeyirəm
30 mart 2015 23:56
17
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
qanadli melek
Noxudu hec istifade etmirik faydali oldugunuda bilmirdim
30 mart 2015 20:02
16
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
vipbetul
bu qederde xeyrli olduqunu bilmirdim
30 mart 2015 15:28
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
efsane..
noxudu xoslayiram ama ki bu qeder xeyirlerini hec esitmemisdim
30 mart 2015 14:28
14
Offline
Turkan Abbasova
Noxudu coxda sevmirem. Dovgada xoslayiram
30 mart 2015 13:55
13
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
Mrs.A
Noxudu dovgada çox sevirəm onsuz dadı olmur )))
30 mart 2015 13:43
12
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
ece uslu
bu qeder faydalarinibilmirdim dovgada sevirem
30 mart 2015 12:29
11
Offline
aliceWOnDer
Cox maraqlı belə faydalı olduğunu bilmirdim
30 mart 2015 12:23
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
rəmsə
Qurdqovucu təsirini bildiyim yaxşı oldu,biz də uşaqlarda var qurd.Gərək lap çox istifadə edim.
30 mart 2015 12:19
9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Qlamurr
Bu qədər faydalı olduğunu bilmirdim,kiftə və dovğada çox sevirəm.
30 mart 2015 11:58
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
leyla_258
men noxudu cox sevirem.

men noxudu cox sevirem.
30 mart 2015 11:35
7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Online
tatyana
bu qeder faydasi oldugunu bilmirdim acigi desem,sadece faydasiz birsey kimi istifade edirdim
30 mart 2015 10:56
6
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
emis
noxudu yemekelrde yox elece sevirem birden doygaya zada bisirende ustunnen yeyeirem elece bismis dadli olur faydalarida cox imis tesekkurler
30 mart 2015 10:43
5
Offline
Fialka
Noxudlu yeməkləri sevirəm ancaq noxudun bu qədər faydalı olduğun bilmirdim.
30 mart 2015 09:58
4
Offline
aziz a
Xoslayiram, amma bu qeder xeyri oldugunu dyzy bilmirdim.
30 mart 2015 09:21
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
Nigar.nika777
tewekurler
30 mart 2015 09:11
2
Offline
BARBI
Noxudu cox sevirem en coxda dovgada xoslayiram
30 mart 2015 09:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv