Qiyməti ucuz, faydası çox olan - HƏYAT CÖVHƏRİ

Müəllif: Menim balam
Şərhlər: 9
Baxılıb: 3 105
Səs ver:
(səs: 8)
Orqanizmə güc və enerji vermək, onu vitaminlərlə zənginləşdirmək, həmişə gümrah olmaq, daxili orqanların işini asanlaşdırmaq üçün çox ucuz başa gələn, faydaları isə əvəzsiz olan əncir, bal və kökdən hazırlanmış həyat cövhəri bütövlükdə insanın səhhətinə müsbət təsir göstərərək cavanlığın ömrünü uzadır.
 
Cövhəri hazırlamaq üçün bir stəkan qurudulmuş əncir ətçəkən maşında çəkilir və üzərinə 500 qram qaynar su əlavə edilir, qarışdırılaraq zəif odun üstündə qaynayana qədər saxlanılır. Alınmış məhlul iki saat saxlandıqdan sonra süzülür, üzərinə bir xörək qaşığı bal və 250 qram kök şirəsi əlavə olunur.
 
Bununla da həyat cövhəri istifadə üçün hazırdır. Cövhər gün ərzində yarım stəkan 4-5 dəfə qəbul edilir.
 
Bu həyat cövhərinin möcüzəsi nədən ibarətdir?
 
Əncir vitamin və mikroelementlərlə yanaşı, həm də efir yağları ilə zəngindir ki, bu da ürək-damar və qan sistemi üçün olduqca faydalıdır. Xüsusilə, belə tərkibli qidalar zehni fəaliyyətlə məşğul olan insanlara tövsiyə edilir.
 
Kök şirəsini isə öz zəngin tərkibi ilə faydalı maddələrin anbarına bənzətmək olar. Bu zəngin tərkib orqanizmin immun sistemini gücləndirir, xəstəliklərin qarşısını alır, mövcud olan xəstəliklərin müalicəsində orqanizmə yardımçı olur.
 
Balın saysız-hesabsız faydaları isə hamıya yaxçı məlumdur.
 
Şəkərli diabet xəstələri və mədə xorası olanlara bu həyat cövhərindən istifadə etmək məsləhət görülmür.
(səs: 8)
Şərhlər: 9
Baxılıb: 3 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri