Kökəlmədən ürəyinin istədiyi hər şeyi yeməyi kim istəməz ki? Bu, hamını
xoşbəxt edərdi. Bəs, bu, mümkündür? şirniyyatlar və xəmir xörəklərinin
bişirilmə qaydasına diqqət etdikdə kökəlmənin qarşısını qismən ala və
həmin yeməkləri nuşcanlıqla yeyə bilərsiniz.
Yeməklərin azkalorili olmasını təmin edən həmin qaydalara riayət
etməlisiniz. Bu qaydalara tabe olduğunuz müddət ərzində yeməklərin az
kalorili olmasına nail ola və ürəyiniz istədiyini yeyib sağlam bir
bədənə qovuşa bilərsiniz.
1. Yeməkləri bişirəndə qızartma üsulundan istifadə etməyin. Bu üsul
ərzaqların qida dəyərini aşağı salır, vitamin və mineralları öldürür,
yeməklərin kalorisini yüksəldir.
2. Hazırladığınız xörəyin qida dəyərinin itməməsi üçün tərəvəzləri sobada pörtün və ya buxar üsulundan istifadə edərək bişirin.
3. Yemək bişirəndə duzdan az istifadə edin. Duz əskikliyini ədviyyatları
düzgün və normal qaydada istifadə edərək aradan qaldıra bilərsiniz. Az
duzlu və az yağlı, amma çox ləzzətli yeməklər hazırlamaq olar.
4. Yeməkdə istifadə etdiyimiz hər növ yağ kökəldir. İstifadə etdiyimiz yağın miqdarı da əhəmiyyətlidir.
5. Yağın miqdarı yeməyin növündən asılı olaraq, dəyişir. Qızartma
yeməklərdə (qızartmağı təklif etmirik) zeytun yağı və ya kərə yağı
qətiyyən istifadə etmək olmaz. Çünki bu yağlar tez yanırlar. Onların
yerinə günəbaxan yağı və ya qarğıdalı yağına üstünlük verin. Yeməkləri
bir növ yağda bişirməyin. Zeytun yağı+günəbaxan yağı+soya yağı: üçünü
qarışdıraraq bişirin. Bu daha faydalıdır.
6. Salat hazırlayanda zeytun yağı ilə soya yağını qarışdırıb əlavə edin.
7. Zeytun və soya yağları sağlamlığa daha faydalıdır, amma yenə də normal qaydada istifadə edilməlidir.
8. Məsələn, 1 kq tərəvəzli yemək bişirmək üçün 2 xörək qaşığı zeytun yağı kifayət edir. Bu, kökəlməyin qarşısını alır.
9. Şirniyyat hazırlayanda şəkər əvəzinə bal, doşab, meyvə və meyvə quruları istifadə edin. Yaxud da şəkərini az qatın.
10. Unlu ərzaqlardan imtina etmədən də arıqlamaq mümkündür. Keks,
piroq, peçenyeləri tam buğda unu, çovdar unu, kəpəkli unlarla bişirin.
Beləliklə, aşağı kalorili və lif dəyəri yüksək olan şirniyyatlardan
doyunca yeyə bilərsiniz.
11. Şirniyyat dəlisisinizsə və ideal bədən quruluşunuzu qorumaq
istəyirsinizsə, şirəli və ya qızardılmış şirniyyatlar əvəzinə, südlü,
yüngül desertlər və ya dondurmalar yeyin.
Yeməkləri və şirniyyatları bu qayda ilə hazırladıqda sağlam qidalanma vərdişi qazanar və bədəninizə zərər verməyəzsiniz.