Bahar təmizliyinin əsl vaxtıdır!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 025
Səs ver:
(səs: 3)
Bahar təmizliyi etmək vaxtıdır!
Artıq qış fəsli sona çatır, bahar fəslinin isti nəfəsi hər yerdə duyulur. Bahar fərahlığını evimizə gətirməyi n vaxtı artıq yetişib. Bahar təmizliyinizi hələ etməmisinizmi? İşinizi asanlaşdıracaq təkliflərlə ev işləri əyləncəyə, eviniz cənnətə çevrilsin!

Qadınlar.Biz təqdim edir.

Təmizlik əməliyyatı planı
Təmizliyə başlamazdan əvvəl hansı otağın necə bir tənzimləmə və təmizlik əməliyyatı tələb etdiyini təyin edin. Məsələn, pərdə və xalçalar yuyulacaqmı, şkaf içləri və tavanın təmizlənməsi lazımdırmı? Kəşf dövrünü evin bütün otaqlarına tətbiq etdikdən sonra bənzər ya da eyni əməliyyatları qruplaşdırın. Məsələn,pərdələri eyni anda quru təmizləməyə verə və ya evdə paltar yuyan maşında uyğun yuma rejimində yuya bilərsiniz.

Təmizlik proqramı
Hansı otağı hansı günlərdə təmizləyəcəyinizə dair bir plan qurun. Bunun üçün günlük plan,ya da həftəlik plan edə bilərsiniz. Əgər işgüzar xanımsınızsa, sizin üçün həftəlik proqramlaşdırma daha münasib ola bilər. Bu planda evin hansı hissəsini necə və neçə dəqiqəlik dövrlərlə  təmizləyəcəyinizə qərar verin. Beləcə unutduğunuz detallar olmayacağı kimi özünüzü yormadan təmizliyin öhdəsindən gələ bilərsiniz.

Ordunuz hazırmı?
Təmizlik edərkən ən çox  vaxt aparan şeylərdən biri lazımlı əşyaların evdə tapılmaması, ya da uyğun təmizləyicinin bitmiş olmasıdır. Yeni bir yuyucu və ya vəsait satın almaq üçün marketə getmək də çox böyük vaxt itkisi ola bilər.. Vaxtı ən düzgün şəkildə istifadə etmək istəyirsinizsə kəşf dövründən dərhal sonra ehtiyac duyacağınız təmizlik vəsaitlərinin siyahısını hazırlayın və marketdən alıb əlinizin altında hazır qoyun.

Təbii fərahlıq
Evi təmizləmək zərərli kimyəvi maddələrdən istifadə etmək mənasını vermir. Bunun üçün bitki mənşəli,təbii, insan sağlamlığına zərərli olmayan amma eyni zamanda da çox güclü yuyucular var. Anti bakteriyel, yüzdə yüz təbii təmizlik məhsullarını istifadə edə biləcəyiniz kimi limon, sirkə, yemək sodası kimi bitki mənşəli və ev istehsalı həll edicilərdən də faydalana bilərsiniz.Xüsusilə sirkə və limon ikilisi duşdakı əhəng ləkələriylə, mətbəxdə isə yağ ləkələrini yox etmədə birə-bir təsirlidir.

Düzgün təşkilatçılıq şərtdir!
Evdə heç cür yox edə bilmədiyiniz tozların qaynağını tapmaq istəyirsiz? Əslində cavab sadədir. Yerini düzgün qoymadığınız hər əşya qrupu eyni zamanda tozların sıx bir şəkildə toplandığı yerlərdir. Küncdə unutduğunuz bir jurnal yığını, ayırd etmədiyiniz  köhnə dəsmal və s.İşə əvvəlcə tekstilləri, jurnal arxivinizi ayırd edərək başlaya bilərsiniz.

Başınızı qatışdıracaq şeylərdən uzaq olun!
Təmizlik edərkən telefon və televiziya kimi cihazlarla başınızı qatmayın. Sevdiyiniz bir TV proqramını görən kimi təmizlik yadınızdan çıxa bilər. TV və telefonu bir müddətə bağlamanız diqqətinizin dağılmasına mane olar. Televiziya seyr edərək ya da telefon danışmalarını təxirə salaraq vaxtınızı düzgün  şəkildə istifadə edə bilərsiniz

Musiqinin enerjisi
Musiqi setinizə sizi canlandıracaq bir musiqi qoyun. Hətta təmizlik edərkən dinləmək üçün öz albomunuzu belə yarada bilərsiniz.

Zamana qarşı yarışın!
Təmizlik əsnasında bir otağa ilişib qalırsınızsa zamanlayıcı istifadə edə bilərsiniz. Zəng səsi vaxtınızın dolmaq üzrə olduğunu xatırlada bilər.

Təmiz tutma kampaniyası
Təmizlik etmənin bəlkə də ən əhəmiyyətli hissəsi etdiyiniz təmizliyin, evinizdəki fərahlığın uzun müddət qorunub saxlanmasını təmin etməkdir.Bütün təmizlik əməliyyatı bitdikdən sonra evin bütün fərdləriylə gündəlik edilməsi lazım olanları nəzərdən keçirərək evi necə təmiz tutacaqlarına dair təlimatlar verə bilərsiniz.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 3 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri