Soyuducudan düzgün istifadə etmək qaydaları

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 11 061
Səs ver:
(səs: 2)
Soyuducudan düzgün istifadə etmək qaydalarını təqdim edirik..
Soyuducunuzu sərfiyyatla və doğru şəkildə istifadə etmənin yollarını bilsəniz; həm enerji sərfiyyatında qazanarsınız, həm də yeyəcəklərin tez xarab olmasının qarşısını ala bilərsiniz..

Üst Rəf
Soyuducun ən üst rəfində pendir, bişmiş yemək, ət və balıq yerləşdirilməlidir. Bondurucunun altında olan rəf digər qatlara görə daha soyuqdur və qidaların təzəliyini qoruyar. Artıq qalan yeməkləri ağızını bağlayaraq üst rəfdə 3 gün boyunca saxlaya bilərsiniz. Əlbəttə ki ən doğrusu yeməyi saxlamamaq, təkrar istilətmədən yeməkdir.

Orta Rəflər
Süd, qatıq, qaymaq kimi süd məhsulları soyuducunun orta rəflərinə yerləşdirilməlidir. Açılmış paketlər ən çox 4 gün saxlana bilər.

Tərəvəzlik(alt rəf)
Çiyələk, böyürtkən kimi meyvələr , cəfəri, keşniş,şüyüd kimi yaşıl yarpaqlı tərəvəzlər tərəvəzlik gözündə saxlanmalıdır. Həssas meyvə və tərəvəzlər olduqlarından tərəvəzlik bölməsində keyfiyyətini itirmədən 3 gün saxlamaq olar.
Banan, mango, portağal, naringi kimi meyvələri soyuducuda saxlamaq məcburiyyətində deyilsiniz. Açıq rəfli meyvəliklərdə ya da nəmdən uzaq şkafda da mühafizə edə bilərsiniz.
Xiyar və bibər kimi sulu tərəvəzlər çox qısa müddətdə keyfiyyətini itirəcəyi üçün soyuducuda ən çox 2 gün saxlanıla bilər. Ən doğrusu yeməyiniz qədər alıb, istifadə etməkdir.

Soyuducunun qapağı
Kərə yağ, marqarin, yumurta, cem, içkiləri saxlamaq üçün soyuducu qapısındakı rəfləri istifadə edə bilərsiniz. Burada diqqət yetirməniz lazım olan nöqtə isə soyuducunun qapağı açılıb bağlandığında rəfdəki vəsaitlərin yaxşıca sabitlənmiş,tərpənməmiş olması lazım olduğudur.

Soyuducunun məhsuldarlığını artırmaq üçün içi buz dolu bir kasanı rəflərdən birinə yerləşdirə bilərsiniz.

Soyuducuna çox isti yemək qoymaq daha çox enerji istehlakına və performansının aşağı düşməsinə səbəb ola bilər,hətta tez xarab olmasına da şərait yaratmış olar.

Bütün bu məsləhətlərdən istifadə edtsəniz həm enerji sərfiyyatına qənaət etmiş olarsınız,həm də məhsullarınız xarab olmaz.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 11 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri