Dodaq boyanız qırılsa atmayın

Müəllif: Qlamurr
Şərhlər: 10
Baxılıb: 3 283
Səs ver:
(səs: 1)
Bu yazısı istifadə müddəti bitmədən problem çıxaran kosmetik vasitələr haqqındadır. Yepyeni dodaq boyanızın qırılmasını dərd etməyin. Ya da qatılaşan dırnaq boyasını problem etməyin.

Dodaq boyanız birdən-birə ikiyə ayrıldısa, onu bir neçə saniyə boyunca şam alovuna tutmaqdır. Əgər gərəyindən çox alova məruz qalarsa, dodaq boyasının üstündə qara ləkələr yaranacaq. Bir qaba qoyub əvvəlki hala gələnə qədər soyuducuda saxlayın.

Uzun zamandır istifadə etmədiyiniz dırnaq boyanız qatılaşıbsa, şüşəsinin içinə bir miqdar aseton töküb çalxalayın.

Dırnaq boyasının qapağı açılmırsa, boyanı istifadə etdikdən sonra bağlamadan əvvəl qapağın ətrafına bir az vazelin sürtün.

Tuj fırçasının üzərində qalan artıqları təmizləmək üçün də vazelindən istifadə edə bilərsiz. Fırçanı suyun altında sabunlamayın.

Dodaq qələminin ucu qırılırsa, hər dəfə çərtməyin. İstifadə etmədən əvvəl 5-10 dəqiqə boyunca soyuducuda saxlayın. Ucu sərtləşəcək.

Tonal kreminiz bitdi deyə üzülməyin. Diş çöpünü dibinə salıb qalanını istifadə edin. Yenisini alana kimi dibində qalanı istifadə etmək üçün şüşəni tərs çevirib saxlayın.

Dərinizin yağı zamanla ənliyinizə bata bilər. Yağlanan qismini bıçağın köməyi ilə təmizləyin.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri