Evinizi soğanla təmizləyin

Müəllif: Qlamurr
Şərhlər: 4
Baxılıb: 2 761
Səs ver:
(səs: 4)
Qoxusu pis olduğundan soğanla ev təmizləmək heç ağlınıza gəlməyib, bilirik. Ancaq soğan güclü bir təmizləyici imiş.
Soğan deyilincə ağıla ilk yemək gəlir. Məlum, yeməklərin dadı soğanla tamamlanır. Pis qoxusuna görə, soğan və ev təmizliyini bir arada belə düşünmürsüz. Haqlısız da! Ancaq soğanla evinizi tərtəmiz edə bilərsiz.

Manqalınızı təmizləyə bilərsiz. Qızarmış yemək artıqlarını təmizləmək çətindir. Ancaq soğanla ovalayaraq təmizləsəniz, işiniz çətin olmayacaq.

Qazandan daşan yeməklər qazın üstündə quruyaraq ləkələr yaradır. Soğanla ovaraq bu ləkələrdən qurtula bilərsiz. Duz da əlavə edib ovmaq olar.

Aspiratorları təmizləmək bəzən işgəncə halına gəlir. Qabartma tozu və soğanı bir araya gətirib aspiratorları ovun
 
Pəncərə kənarındakı ləkələri silmənizə rəğmən yenə də təmizlənmirsə, soğanla silin. Üstəlik həşəratların darışmasını əngəlləyəcək.

Metal əşyaları parıldatmaq üçün soğan suyundan istifadə edin.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri