Siqareti tərgitmək üçün kahı yeyin

Müəllif: my_angel
Şərhlər: 10
Baxılıb: 3 211
Səs ver:
(səs: 3)
Avstraliyalı araşdırmaçılar tərəvəzlərdə olan amin turşularının siqareti tərgitməyə yardımçı olduğunu ortaya çıxarıblar.

Braziliyalı araşdırmaçılar da bu faktı təsdiqləyiblər. 34 nəfər siqaret aludəçisinin iştirak etdiyi araşdırma zamanı amin turşularının sağaldıcı təsiri müşahidə edilib.

Araşdırmanın rəhbəri professor Maykl Berk amin turşusunun ən yaxşı mənbəyinin kahı olduğunu vurğulayıb. Digər yaşıl yarpaqlı tərəvəzlər də amin turşuları ehtiva edirlər. Ancaq kahı bu maddə ilə daha zəngindir. Amin turşularının siqareti tərgitmək üçün həkimlər tərəfindən yazılan dərmanlardan belə daha təsirli olduğu deyilir.

Amin turşuları arasında ən güclüsü olan NAC siqaretlə yanaşı kokain və digər narkotik maddələrə aludə olanları da müalicə edə bilir.

NAC maddəsi narkotikə qarşı duyulan ehtiyacın, aclığın qarşısını alır.

Bu maddə həm də narkotiklərin beyinə vurduğu zərəri önləyə bilir.

Mütəxəsislər narkotik aslılığından əziyyət çəkənlər üçün tərkibində NAC maddəsi olan yeni dərmanların hazırlanacağını bildirirlər. Siqaret aludəçiləri isə salatlarına bol miqdarda kahı əlavə edərək 1 ay ərzində siqaretdən xilas ola bilərlər.
Araşdırmalara davam edəcəklərini bildirən mütəxəssislər bu dəfə 1000 nəfər siqaret aludəçisi ilə işləyəcəklərini bildiriblər.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 3 211
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri