Alış-veriş edərkən qiyməti necə endirmək lazımdır?

Müəllif: Nazlı_qız
Şərhlər: 26
Baxılıb: 884
Paylaş:
Səs ver:
(səs: 4)
"Bəlkə bir az aşağı edəsən?"
Alış-veriş, şoppinq, bazarlıq. Bu sözlərin hər üçün eyni məna, eyni mahiyyətə malikdir. İnsanların mütəmadi olaraq etməyə məcbur olduqları iş məhz alış-veriş etməkdir. Kimisi bu işdən həzz alır, kimisi bu günün tez bitməsini gözləyir və sonda pulqabında bir quruşun da qalmadığını görüb kədərlənir.
Bu cür bədbin sonluqlar, əlbəttə, hər kəsə aid deyil. Yalnız bacarıqlı, helmli müştəri bazarlığı öz xeyrinə yekunlaşdıra bilər. Nəzərə alsaq ki, dünyada iqtisadi böhran davam etməkdədir və mürəkkəb iqtisadi proseslərin nələr vəd etdiyi məlum deyil, alış-verişi daha sərfəli etmək zəruriyyətə çevrilib.
Müştəriləri iki qrupa bölmək olar: aliş-veriş edərkən qiyməti endirməyə çalışan və çalışmayanlar.
Bəli, uğurlu şoppinq qiymətin endirilməsindən də asılıdır. Hətta deyərdim, xeyli dərəcədə asılıdır. Bəs dükandan istədiyiniz malı sizə uyğun qiymətə almaq üçün nələri etməliyik?
1. Qiyməti aşağı salmağı özünüzə vərdiş edin. Hər yerdə qiymət endirin- bazar, mağaza, avtosalon və s. Hətta yüzdə bir halda buna nail olsanız da, bunu etməyə davam edin.
2. İlk olaraq satıcının inamını qazanmağa çalışın. Özünüzü nəzakətli aparın və satıcını peşəkar saydığınızı büruzə verin. Bu hazırlıqlar olmadan böyük endirimə nail olmaq qəlizdir.
3. Mürəkkəb söhbətə əvvəlcədən köklənin. Rədd cavabına hazır olun.
4. Satıcıya bazardakı vəziyyətdən xəbərdar olduğunuzu göstərməyiniz endirim əldə etmək şanslarının yüksələcək.
5. Əgər satıcı sizin istədiyiniz qiyməti soruşsa, qiymət kağızındakı məbləğdən qat-qat aşağı rəqəm deyin. Hətta malın 50%-ni də söyləyə bilərsiniz. Əlbəttə, satıcı özündən çıxacaq. Olsun, özünüzə əmin aparın. Siz onu müvazinətini pozmusunuz, deməli, az da olsa, siz artıq öndəsiniz.
6. Çalışın ki, danışıqları satıcı ilə yox, dükan sahibi və ya səlahiyyətli şəxslə aparasınız.
7. Bahalı mal alarkən onun üzərində xırda qüsur (defekt) tapın və mağaza sahibini çağırın. Ola bilsin ki, sizə müəyyən endirim edilsin.
8. Əgər siz mütəmadi olaraq bir satıcı ilə alver edirsinizsə, ona hər hansı xidməti, köməyi təmənnasız olaraq edin. Bundan sonra sizə endirim etmək onun üçün bir növ borca çevriləcək.
9. Razılaşma maksimum dərəcədə gizli aparılmalıdır. Kənar şəxslər sizin qiymət endirməyinizi bilməməlidirlər. Onlar üçün qiymət yalnız kağızdakı rəqəmdir, sizə deyilən məbləğ yox.
10. Razılaşa bilmədiyiniz halda hər an çıxıb getməyə hazır olun. Hətta əgər bilsəniz ki, qonşu dükanda bu malı eyni qiymətə əldə edəcəksiniz. Əgər siz yadda qalsanız, növbəti dəfə sizə yüz faiz endirim edəcəklər.
11. Heç zaman özünüzü göstərmək üçün qiymət uğrunda mübarizə aparmayın. Alış-veriş etmək niyyətiniz yoxdursa, sadəcə qiyməti soruşmaqla kifayətlənin.
12. Sizə dəqiq hansı məhsulun lazım olduğunu müəyyən edin. Satıcını boş-boşuna yormayın.
13. Satıcıya düşünmək üçün vaxt verin. Əgər o susaraq götür-qoy edirsə, demək, sizin qazanma şansınız var. Narahat olmayın, ona pullar sizdən daha çox lazımdır.
14. Son ana qədər rahatlamayın. Satıcı sizin şərtlərlə razılaşsa belə, axırınca dəqiqədə o, fikrindən dönə bilər. Bu halda getməyiniz məqsədəuyğundur.
15. Satıcı ilə uzun söhbətdən sonra onu razı salmaq mümkün olmayıb. Sağollaşın və üzünüzdə təəssüf hissi ilə dükanı tərk edin. Satıcı sizi çağırsa, qayıdın. Ola bilsin ki, o da sizi yoxlayırmış. Bu sizin üçn əlavə təzyiq vasitəsidir.
16. Endirimi alandan sonra bütün xırdalıqları müzakirə edin. (qiymət, çatdırılma, əlavələr və s.)
17. Mal əlinizdədir, özü də istədiyiniz qiymətə. Bu hələ son deyil. Gələcəyiniz üçün addımlar atın. Digər mallarla maraqlanın, endirim edib-etməyəcəyini soruşun. Satıcının vədini almağa çalışın.
Əlbəttə, uğurlu alış-veriş etmək üçün yuxarıda sadaladıqlarımız kifayət etmir. Sizin şəxsi keyfiyyətləriniz, mövcud vəziyyət çox önəmlidir.

loading...
(səs: 4)
Şərhlər: 26
Baxılıb: 884
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
lelos
eger cox bahalidisa biraz endirib aliram
22 aprel 2015 17:42
26
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
emis
boyy mamam dehsetdi bu barede mamam mal alanda deyirki ozum bilirem bunun qiymetini uste cox qoyursuz satan da ele bilirki heqqide bilir deyir he yaxsi siz deyen olsun. ama atam yox atamin elaci olsa aldigi qiymetin ustune pulda qoyar heleki biraz baha verin. mende de ele sey yoxdu asagi endirmek neciye olsa aliram eyer o sey xosuma geldise ve budceme uygundusa mutleq almalyam
15 aprel 2015 23:38
25
Offline
efsane..
cox bacariqsizam bu sahede hec vaxt endirim edemmirem bezen satici ozu endirir hec soz demeden hemise anamla gedirem anam endirir lazim olanda
15 aprel 2015 22:00
24
Offline
Sucan
Men alis verisi cox sevirem ama endirmek hec xoslamiram ne qiymetdedi o qiymetnende aliram saticiyi cox incitmek cox yormaq mene xos gelmir adamda insafli sayqili olar
15 aprel 2015 19:02
23
Offline
aliceWOnDer
hec endire bilmirem eeee
15 aprel 2015 16:41
22
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
qiymet saldirmaqi xoshlamiram
15 aprel 2015 15:18
21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Meleknur
Mamam enidirir men endire bilmerem :)
15 aprel 2015 15:01
20
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
Menim balam
Maqazinde endirmek olmur axı, üstünde ne yazılıb, kassada onu deyir. Day bunu aşağı sal ne bilim ne ama ne yalan deyim endirim olanda alıram. Azerbaycan da mamanan paltar ticaret merkezine gedende deyirdi ay qardaş aşağı ver alıram oda 1-2 manat salır.
15 aprel 2015 14:48
19
Offline
WiRiN BaLaM
men bacariram endirmeyi 08
15 aprel 2015 14:04
18
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
tatyana
men hec sevmirem qiymet endirmeyi,qiymet nece dedilerse onuda verirem,ve yanimda kimse endir,asagi ver dedikdede eseblesirem
15 aprel 2015 13:57
17
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Tomris Müslümova
men endirim ede bilmirem qiymet nedi onu aliram
15 aprel 2015 13:48
16

Sən sadəcə mənimsən...!
Offline
qanadli melek
Qiymet endirmek isteyi hamida var mence.yaxsi meslehetlerdi yararlanmaq olar)
15 aprel 2015 13:06
15
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Antikvar
Axrinci defe vetenimde olanda xalamqizi ile alis-verlise cixdim,kosmetik vastelerden almaga demek mesel ucin 20 manatliq qiymetiydi,qayidib Saticiya deyirem 15 manata verin biraz mizmiciklikdan sonra razi oldu men gordum bu razilasdi qayidib sonra deyirem gelin bu defe 15 -Ie yox,13verin122.Bu saticida gordu men getdikce qiymeti asagiya. saliram,yenede dondum geldim 20 manata aldim cixdim122
Amma calisiram o vaxtdan etibaren en asagi qiymete salim eyer o qiymete razi olmasalar biraz yuxari deyib istediyime catiram))
15 aprel 2015 12:02
14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Lucia
Mən də çalışıram endirim edim,yoldaşımın acığı tutur.Götür getdik 26 !!!!!!
15 aprel 2015 11:52
13
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Offline
aytil
qesengdi amma men ede bilmerem
15 aprel 2015 11:39
12
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
TUN
təklifləri bəyəndim gözəl fikirlərdi dancing
15 aprel 2015 11:30
11
Offline
Qlamurr
Alış-verişdə həmişə endirim edirəm,yoxsa onlara qalsa ikiqatına satırlar))
15 aprel 2015 11:28
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
talis balasi
Men calisdiqim qeder endirmeye calisiram ama yoldasim heeec qiymet endirmekle arasi yoxdu.qardasim bir endirim edirki daha dehsed hemin an saticinin yerinde heec olmaq 100 azn qiymeti olan geyimi o mutley 50ye alacaq
15 aprel 2015 11:14
9
Offline
Nergizz
endrirem burda yazlanlardanda istfade edrem,ama nebade tanidigin adamdan nese alasan ,ikiqat qiymete satr sene,belsi cox bawima gelib,
15 aprel 2015 11:12
8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
rəmsə
Endirim məsələsində ustayam,mən həmişə alış-verişə gedəndə yoldaşım tapşırırki,bax camaatı çox incitmə,çox qiymət danışma haa.
Burda yazılan yöntəmlərin hamısını bilirəm,hələ əlavə yöntəmlərim də var.
15 aprel 2015 11:04
7
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv