Nəm salfetlər dərinizə ziyan vurur

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 057
Səs ver:
(səs: 2)
Sən demə, hər kəsin sevə-sevə istifadə etdiyi nəm salfetlərin də zərərli tərəfləri var imiş.

Bir çoxları hesab edir ki, bu salfetləri sağlamlıq üçün faydalıdır və gigiyenik cəhətdən dərinin  təmizlənməsinə yardım edir. Lakin tədqiqatçılar tez-tez istifadə etdiyimiz vasitənin daşıdığı  təhlükəni aşkar ediblər. Raut.ru yazır ki, müvafiq iddia bütün nəm salfetlərə aiddir.

Dermatoloqlar gigiyenik vasitəni dəqiqliklə araşdırıb, təkidlə bildiriblər ki, salfetlər dərinin  allergik reaksiyasına səbəb ola bilər. Bundan əlavə, tibbi statistikaya əsasən, bu cür hallar  dünyanın müxtəlig bucaqlarında tez-tez baş verir.

Mətbuatda çıxan məlumatlar həkimləri sadəcə şoka salıb. Məlum olub ki, nəmsalfetlərdən istifadə  edən şəxslərin 11%-də ciddi dəri xəstəlikləri əmələ gəlib. Bu göstəricilər həm də körpələri də əhatə  edib. Sözügedən məlumat uzun müddət gizli saxlanılsa da, "Sydney Morning Herald" onu  ictimaiyyətə təqdim edib.

Alimlər bu xəstəliklərin dəqiq hansı səbəbdən yarandığını araşdırmağa çalışır.Ehtimal olunur ki,  salfetlərin hopdurduğu maddədə olan metilizotiazolin dermatitin üzə çıxmasına təsir göstərir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 057
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri