Süni göz yaradılır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 993
Səs ver:
(səs: 1)
Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.
 
İtaliyanın Mhox tədqiqat şirkəti ümid edir ki, onun EYE layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim belə qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi 3D bioprinterlərində həyata keçiriləcək.
 
Sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılıb. Mhox tədqiqat şirkəti artıq konsepsiyanı yaradıb.
 
EYE (Enhance Your Eye) layihəsi üç əsas aspektdən ibarətdir: EYE Heal, EYE Enhance və EYE Advance. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.
 
Mhox şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli mürəkkəbə malik xüsusi 3D bioprinterlərin sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki yalnız konseptual şəkildə mövcuddur.
 
Mhox şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri