Mavi çayın faydaları

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 473
Səs ver:
(səs: 2)
Qurudulmuş güllərin yarpaqlarından hazırlanan çayın dadı olduqca gözəldir. Ona mavi çay da deyilir, daha çox isə göy. Qovuşuq (Clitoria ternatea)  və ya "göyərçin qanadları" da adlandırılır. Öz vətənində (Cənub-Şərqi Asiya) qida, boyaq maddəsi kimi istifadə olunur, məsələn, yeməklərdə onunla düyünü bəzəyirlər.

Mavi çayın dəmlənməsi
Xüsusi dadın və faydalı xassələrin qorunması üçün mavi çayı az qaynadılmış suda dəmləmək lazımdır. Bu nüans bol  miqdarda oksigen saxlamağa imkan verir. İsidilimiş suda dəmləmə çaydanı isinir. Dəmləmə üçün 2-3 çay qaşığı quru çay, kifayətdir. Dəmləmə 5-6 dəqiqə davam etməlidir. Dəmləmədən sonra yarpaqları  filtr ilə yığışdırmaq lazımdır. Uzunmüddətli dəmləmə xüsusi dada və faydalı xassələrə  ziyan vurmur.

Çay cövhəri göy rəngdə olacaq. Bir neçə damcı limon şirəsi əlavə olunduqda isə çay göy rəngdən bənövşəyi rəngə keçəcəkdir. Bu həm də çayın dadını da dəyişəcək. Çay həm soyuq, həm də isti şəkildə istifadə olunur.

Mavi çayın faydası
Sübut olunub ki, arterial təzyiqin azalmasına kömək edir. İki fincan çay hipertoniya xəstəlikləri ehtimalını azaltmağa  yetərli olacaq (65%). Mavi çaydan istifadə zamanı qan dövranı yaxşılaşır və qanın təmizlənməsi baş verir. Mavi çay saç artmasına da müsbət təsir göstərir, ağ saçların əmələ gəlməsini ləngidir, eləcə tərkibində böyük miqdarda ftora vardır, bu da  dişlərin kariyesdən azad olunması üçün çox lazımdır. Mavi çayın tərkibinə bir çox mikroelementlər və vitaminlər daxildir. Orqanizmdə xroniki yorğunluq, zəiflik və ümumi yuxusuzluğu müalicə edir. Mavi çay  kompüter arxasında uzun zaman oturan insanlara xüsusilə tövsiyə olunub.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri