Vitamini çox qəbul etməyin

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 4 015
Səs ver:
(səs: 0)
Xəstəliklərdən qorunmaq, ya da enerji artırmaq üçün vitamin qəbulu getdikcə artır. Vitamin tərkibli qidalar yemək yerinə təcrübəsiz şəkildə qəbul edilən əlavə vitaminlər isə xəstəliyə yol açır.

Mütəxəssislər deyir ki, sağlam fərdlərin lazımsız yerə əlavə vitaminlər qəbul etməsinə ehtiyac yoxdur. Kimdəsə vitamin çatışmazlığı varsa, yalnız həkim tövsiyəsi ilə vitamin qəbul edə bilər. Çünki məlumatsız şəkildə qəbul edilən A vitamini qaraciyər çatışmazlığına, C vitamini böyrək daşına və mədə pozuntularına yol açır.

Lazımsız yerə qəbul edilən A vitamininin artığı bədəndə toplaşaraq qaraciyər zəhərlənməsinə yol aça bilər. D vitamininin çoxluğu isə qandakı kalsium səviyyəsinin çoxluğuna səbəb olur. Kalsiumun artığı böyrək daşına səbəb olduğunda niasin (B3) sinir sistemində, qandakı qlükoza və yağda keyidici təsiri yarada bilər

B6 vitamininin lazımsız yerə çox qəbul edilməsi isə geri dönüşü ola bilməyən sinir fəsadlarına yol aça bilər.

Araşdırmalara görə, çox vitamin qəbulu ilə irəliləmiş prostat xərçəngi arasında bir əlaqə var.

Soyuqdəymə, qrip zamanı ilk baş vurulan müalicə üsulu C vitamini qəbuludur. Ancaq yüksək dozada və uzun müddət C vitamininin qəbulu oksalat daşların yaranmasına səbəb olur. Üstəlik C vitamini mədə turşuluğunu artırır. Anemiya xəstələrinə C vitamini tövsiyə edilsə də, hemokromatoz və hemolitik anemiyalarda bu vitaminin qəbulu məsləhət görülmür.

Hər kəsin vitaminə ehtiyacı var. Ancaq vitaminlər həkim məsləhəti ilə qəbul edilməlidir.

Vitamini dərman şəklində qəbul etməkdənsə, düzgün qidalanma ilə hər mövsümün meyvə və tərəvəzlərindən ala bilərsiz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 015
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri