1 dəqiqə vaxt sərf edin...

Müəllif: emis
Şərhlər: 26
Baxılıb: 1001
Paylaş:
Səs ver:
(səs: 1)
Cəmisi 1 dəqiqə ərzində sağlamlığınızdan xəbərdar olmaq istəyirsinizsə, nəbzinizi yoxlayın. Nəbz vurğularının sayı sizə sağlamlıq durumunuz haqqında çox şeylər deyəcək.

Hələ 5 min il əvvəl Şərq təbabətində nəbz diaqnostikası ilə xəstəlikləri aşkar edərək müəyyənləşdiriblər. Tibet loğmanları bu üsuldan geniş istifadə edərək nəinki xəstəlikləri, hətta insanların daxili hisslərini, emosiyalarını, keçirdikləri həyəcanların səbəbini də öyrənə biliblər.

Nəbzlə orqanizmin vəziyyətini öyrənmək müasir dövrdə də xalq təbabətində geniş tətbiq olunur. O cümlədən insanlar özləri də bu vasitədən istifadə edərək sağlamlıqları haqqında ilkin təsəvvür əldə edə bilərlər.

Əvvəlcə nəbz vurğularının yaşa görə norma saylarına nəzər yetirək:

Yeni doğulmuş uşaqlarda sakit vəziyyətdə nəbz vurğularının sayı dəqiqədə 140;

1 yaşa çatdıqda dəqiqədə 130 vurğu;

1-2 yaşlarında 100 vurğu:

3 yaşdan 7 yaşa qədər 95 vurğu;

8-14 yaşlarında 80 vurğu;

14 yaşdan başlayaraq orta yaş dövrlərində 72 vurğu;

50-55 yaşdan sonra dəqiqədə 65 vurğu.

Nəbzin dəqiq ölçülməsi üçün ən yaxşı vaxt səhər yuxudan oyanan kimidir. Yaxud gündüz 11-13 saatları arasında. Yəni, səhər və günorta yeməklərinin arasındakı vaxtda. Aşağıdakı hallarda nəbzin ölçülməsi yanlışlıq yaradır:

1. Qida, alkoqol və dərman qəbulundan sonra

2. Güclü aclıq hissi zamanı

3. Gərgin fiziki və zehni işdən sonra

4. Vanna qəbul etdikdən sonra

5. Cinsi əlaqədən sonra

6. Hədsiz isti, yaxud soyuq havadan qayıtdıqdan sonra

7. Gecə yuxusuzluğundan sonra

Nəbz vurğularının sayı dəqiqədə 100-dən artıq və ya 50-dən az olarsa bu orqanizmdə, xüsusilə ürəyin fəaliyyətində ciddi problemlərdən xəbər verir. Belə olan halda həkimə müraciət etmək vacibdir. Həmçinin nəbzi tapmaq çətin olduqda və nəbz vurğuları ritmik olmadıqda bu da sağlamlıqda mövcud olan problemlərə işarədir.

Nəbzinizi ölçərkən 15 və ya 30 saniyədəki vurğuların sayını müvafiq olaraq 4-ə və 2-yə vurmaqla nəticə əldə etməyin. Bu rəqəmdə yanlışlıq ehtimalı böyükdür. Daha dəqiq nəticə əldə etmək istəyirsinizsə bütöv 1 dəqiqə ərzindəki vurğuların sayını əsas götürün.

Ümumilikdə, orta yaşlı sağlam insanın nəbz vurğularının sayı 60-80 arası olmalıdır. Bu göstəricinin aşağı və yuxarı həddi insanın boyu, qadın və kişi cinsindən olmasından asılıdır.

Müntəzəm olaraq nəbzinizi yoxlayın ki, sağlamlığınızın nəbzini tuta biləsiniz. Bunun üçün isə sizə cəmisi 1 dəqiqə vaxt lazımdır.

loading...
(səs: 1)
Şərhlər: 26
Baxılıb: 1001
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aliceWOnDer
16 yas 68 vurdu ,amma 72 olmalidi, diyesen olumume az qalib 23
5 iyun 2015 16:34
26
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
AZURA
14 yaşım var 82 vurğu
5 iyun 2015 16:28
25
Offline
ALESSANDRA
suppa menim 13 yasim 80 vurqu olmalıdı
30 may 2015 17:32
24
Don't trust anyone ∆
Offline
NeL
Men demek olarki heç esebi deyilem. nebzim 1deygede minimum 90 olur.Hekim getmisem taxikardiya deyir
30 may 2015 14:44
23
Offline
14MsM
mende deqede 72 oldu normadi cavanam hele
30 may 2015 00:29
22
Offline
Baharim ol
Men indi yoxladim 74 oldu.seherde yoxluyacam.Tesekkur.
29 may 2015 18:59
21
Ama yenede
Offline
ayka
Sitat: yasemin
Maraqlı məlumatıardır.yoxlamağa dəyər… tşklər
29 may 2015 17:13
20
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
Offline
tatyana
ele xeberi oxudumda nebzimi yoxladim 1deq erzinde 70oldu

ele xeberi oxudumda nebzimi yoxladim 1deq erzinde 70oldu
29 may 2015 16:43
19
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
Luna-90
O gun yoldasimla bunu edib yoxluyurduq ondada nebzim tapilmadi indide tapmadim .menim damarlarim cox cetin tapilir iyne vuranda 5 hekim prob edir 6ci zorla tapir 1vena iynesine 6-7defe desilirem hec tecili yardim hekimleride bacarmir menim venamla
29 may 2015 15:20
18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Catwoman666
yoxlamiram hec nebzimi amma yerini bilirem)
29 may 2015 15:11
17
Viking
Offline
vipbetul
ara-sira yoxlayiram n
29 may 2015 14:58
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
arada bir yoxlayiram yaxşidi
29 may 2015 14:08
15
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Nur k-off
offf nebzimi tapdim sonra sayaci ise saldim amma bu sefer nebzimi tapa bilmedim 18
29 may 2015 13:09
14
SVETA
Offline
kama99
yoxlamiwam normaldi
29 may 2015 13:04
13
Offline
Mrs.A
72 olmaliydi 55 oldu
29 may 2015 12:36
12
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Nika_016
Ay menim nebzim 20san sonra demek olar ki vurmur itirirem. Maraqliydi twkler
29 may 2015 12:29
11
Offline
teri meri
sınamaq istədim düzgün vaxt olmadığını gördüm təşəkkürlər
29 may 2015 12:26
10
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
yasemin
Maraqlı məlumatıardır.yoxlamağa dəyər… tşklər
29 may 2015 12:19
9
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Offline
Gunka13
Maraqli melumtlat idi twk
29 may 2015 12:07
8
Aileli.
Offline
Tomris Müslümova
maraqli melumatdi sinamamisam ama gelek bir defe yoxluyam
29 may 2015 11:25
7

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook