Ayaqqabı ayağınızı sıxırsa

Müəllif: aliceWOnDer
Şərhlər: 6
Baxılıb: 4 439
Səs ver:
(səs: 2)
Çox bəyəndiyiniz  ayaqqabı ayağınızı sıxırsa, ondan imtina etməlisiniz,demək deyildir. Dar gələn ayaqqabılarınızı genişləndirməyin praktik yolları var. Siz də bu problemlə qarşılaşmışsınızsa verdiyimiz məsləhətlərə qulaq asın.
 
Dar  olan ayaqqabınızı sirkə ilə isladılmış qəzetlə doldurun.Bir gecə qaldıqdan sonra səhər ayaqqabılarınızın içini boşaldıb geyinin.Artıq genişlənməni hiss edəcəksiniz.
 
Başqa bir metod isə: Bez parçasını spirt ya da sirkə ilə yaxşıca isladıb ayaqqabın ucuna doğru doldurun. Ən az 10 saat bu vəziyyətdə qalmalıdır. İsti havada ayaqqabın genişlənməsinə köməkçi olacaqdır.
 
Yeni ayaqqabı geymədən əvvəl isti buxara verin ya da  fenin isti havasını ayaqqabının içinə tutun.
 
Bütün bu məsləhətlərdən sonra ayaqqabılarınız ayağınızı sıxırsa, 1 st saf spirti ayaqqabının içinə tökün.Ayaqqabı spirti içinə çəkdikdən sonra ayağınıza geyinin. Belə olduqda ayaqqabının dərisi ayağınızın ölçüsünə uyğunlaşacaqdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri