Sağlam olmaq üçün nə etməli?

Müəllif: yasemin
Şərhlər: 6
Baxılıb: 15 400
Səs ver:
(səs: 8)
İlk olaraq genlərə diqqət yetirmək lazımdır. Əgər sizin atanız və babanız arıq olublarsa,onda hər kiloqram üçün uzunmüddətli mübarizəyə hazır olun. Çəki azlığında onurğa sütununun vəziyyəti də az rol oynamır. Əgər onurğanız mədə-bağırsaq hissənizdə əyilibsə,bu da kökəlmənizə maneə törədə bilər. Sözün düzü arıq insanlarda sağlamlıqla əlaqəli istənilən problem özünü çəkidə büruzə verə bilir. Yaxşı yatmaq önəmlidir. Çünki məhz yuxuda boy hormonu olan-somatropin ifraz olunur ki,o da əzələlərin böyüməsilə çəkinin artmasına kömək ola bilir. Həmçinin yuxu orqanizmə arıqlarda piyləri yandıran stess hormonu-kortizolla mübarizədə kömək olur. Beləliklə,az əsəbləşməyə və stresdən uzaq olmağa çalışın.

Qidalanma
Bu məsələdə əsas-iştahı açmaqdır. Buna gəzinti,idmanla məşğul olmaq kömək ola bilər. Gün ərzində minimum 5 dəfə yemək lazımdır. Amma partlayana kimi yemək olmaz. Mədənizə qidanı rahat həzm etmək və özününküləşdirmək imkanını təmin edin. Kökəlmək məqsədilə Fastfoodla qidalanmaq çox ziyanlıdır. Bununla siz sadəcə orqanizminizi şlaklaşdıra və qarnınızı böyüdə bilərsiniz. Qidalar müxtəlif,balanslaşdırılmış olmalıdır. Ət və xəmirlə yanaşı tərəvəzləri də unutmamalısınız. Təyin olunmuş vaxtda mədə şirənizin ifraz olunması və sizdə aclıq hissinin yaranması üçün rejim vacibdir.

Idman
Nə qədər qəribə olsa da,arıqlamaq istəyən bütün insanlar kimi siz də idman zalı və hovuza getməlisiniz.Bu siluetinizi yaxşılaşdırmaq və qazandığınız kaloriləri düzgün bölüşdürmək üçün vacibdir.
 
Nədən başlayaq?
Əgər elə imkan varsa yayı yaxşı keçirmək və heç olmasa hansısa kəndə getmək sizə kömək olar.Əgər bunu həyata keçirməyə şərait imkan vermirsə onda növbəti məsləhətlərə əməl etməyə çalışın:
 Havada mümkün qədər çox vaxt keçirin;
 İdmanla məşğul olun.Əlbəttə özünüzü əldən salmayın.Amma üzmək,gəzinti,əsas əzələlər üçün bəzi hərəkətlər şübhəsiz sizə xeyir verəcək;
Rejimə əməl edin-hər gün eyni vaxtda oyanmağa,qida qəbul etməyə və yatmağa çalışın;
Gündə 5dəfə,asta və qidanı yaxşı çeynəyərək yemək lazımdır.Yeməkdən əvvəl və ya yemək vaxtı əsəbləşmək qadağandır.Bu həzm sisteminə çox ziyandır;
Ümumilikdə həyatınızı elə nizamlayın ki,mümkün qədər az əsəbləşəsiniz.Mənəvi tarazlığınızı pozmamağa çalışın.Özünüzdə fleqmatiklik yaradın.Hər şeyi çox həssas qəbul etməyin,sizi əhatə edən mühitə fəlsəfi yanaşın;
Sutkanın 8-10 saatını yatmaq lazımdır,amma yuxu dərmnanının köməyindən istifadə etmədən;
Havadan asılı olmayaraq şam etməzdən öncə 1saatlıq gəzintiyə çıxın və bu zaman dərindən nəfəs alıb-verin. Bu iştahı oyadır. Sonra yaxşıca yeyin və ən gec 1saat sonra yatın.Şamdan sonra kiçik qurtmularla 1stəkan ballı süd içmək xeyirlidir;
Çalışın həmişəkindən yarım saat tez durasınız ki,rahat və tələsmədən səhər yeməyinizi yeyə biləsiniz. Yemək vaxtı həmçinin nəsə oxumaq və radio dinləmək də ziyandır;
Günorta yeməyindən sonra 15-30 dəqiqə uzanmaq çox xeyirlidir. Bu vaxt yaxşı və xoş bir şey barədə fikirləşməyə çalışın;
Alkoqol,qəhvə,tünd çay,siqaret və dərmanlardan imtina edin-bütün bunlar sinir sistemini oyadır və maddələr mübadiləsinə neqativ təsir edir
(səs: 8)
Şərhlər: 6
Baxılıb: 15 400
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri