Səhər ilıq su içməyin faydaları

Müəllif: yasemin
Şərhlər: 11
Baxılıb: 12 302
Səs ver:
(səs: 4)
Səhər ilıq su içmək mədə-bağırsaq sistemini hazırlayır. Gecə ərzində bağırsaqların divarında həzm qalıqları, toksin və şlaklar yığışıb qalır. İlıq su bu artıqlardan azad olmağa kömək edir.

İlıq suyun faydalarından biri də maddələr mübadiləsini yüksəltməsidir. Qida maddələrinin və oksigenin tez zamanda mənimsənilməsinə kömək edir. Səhər yeməyinə 20-30 dəqiqə qalmış 1 stəkan ilıq suyu kiçik qurtumlarla içirik. İlıq suya 1 qaşıq bal da əlavə etsək, effekti daha da artırmış oluruq. Belə ki, balın orqanizm üçün faydaları hər kəsə məlumdur. İlıq suya qarışdırdıqda bal daha tez mənimsənir. Bununla da, həm orqanizm təmizlənir, həm də faydalı maddələrlə qidalanır. Eləcə də, bu üsulla arıqlamağa da kömək etmək mümkündür.
 
Limonlu və ya ballı ilıq suyun faydaları:

Orqanizmin təbii üsulla təmizlənməsi;
Həzmin yüngülləşməsi;
Qaraciyəri stimullaşdırır;
Limon suyunun tərkibində mövcud olan kaliy orqanizm üçün faydalı olmaqla yanaşı, depressiya və həyəcanı da azaldır;
Limon suyu qan təzyiqinin aşağı salınmasına kömək edir.
Qeyd edək ki, istənilən vərdişi 21 gün ərzində qazanmaq mümkündür. Səhər ac qarnına ilıq su olduqca faydalı vərdişdir.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 12 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri