Makeup fırçalarını necə təmizləməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 105
Səs ver:
(səs: 3)
Makiyaj məmulatlarını istifadə edərkən, hər kəs ən pratik və rahat olan üsulları tərcih edər. Kimiləri sadəcə əl ilə makiyaj edərkən, kimiləri də fırçaların köməyinə üz tutar. Fırça tərcih edənlərdən biri də
mənəm...
Həm gigiyena, həm də məmulatı tətbiq etmədə yüksək keyfiyyət əldə etmək baxımından makiyaj fırçalarının təmizliyi çox önəmlidir. Bunun üçün satışda olan özəl təmizləmə məhsullarını da ala bilərsiniz. Amma mən sizlərlə evdə,
çox asan şəkildə özünüzün edə biləcəyiniz bir təmizləmə yöntəmini paylaşmaq istəyirəm.
Ovucunuza bir miqdar duru sabun sıxın. Sabun yerinə uşaq şampunu da istifadə edə bilərsiniz. Sabunun üzərinə də seyrəltmə məqsədli bir az su əlavə edin.
Təmizləmək istədiyiniz fırçanı ovucunuzdakı sabunlu su qarışımına üfiqi istiqamətdə sürtün. Bu işləmi fırçanın təmizləndiyinə əmin olduğunuz sürəcə tətbiq edin.
Daha sonra firçanızı suyun altına tutub durulayın. Sərdiyiniz dəsmal və ya salfetin üzərinə üfiqi istiqamətdə qoyub qurumağa buraxın.
Təmizləmə işləmindən sonra fırçalarınız ilk günkü kimi olacaq. Həm də daha yaxşı performans göstərəcək. Gigiyena cəhətdən də ağlınızda şübhə qalmayacaq. İstifadə aralığınıza görə fırçalarınızı mütəmadı təmizləməyi unutmayın.
Gözəlliklə qalın...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 105
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri