Orucu açandan sonra bu çayları içmək faydalıdır

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 2 417
Səs ver:
(səs: 3)
Türk Fitoterapiya Dərnəyinin sədri professor doktor Ekrem Sezik bildirib ki, bitki çayları həzm sistemini sakitləşdirməklə yanaşı, orqanizmin maye ehtiyacını da ödəyir.

O, açıqlamasında açıq satılan bitkiləri almamağı tövsiyə edib. Onun sözlərinə görə, Ramazan ayında bitki çaylarından istifadə orqanizm üçün çox faydalıdır.

İftar və imsakdan sonra, adətən, mədə pozğunluğu, şişkinlik, qaz kimi həzm sistemi problemləri yaşanır. Ekrem Sezik bu əlamətləri aradan qaldırmağa yardımçı olacaq bitkilərin adlarını açıqlayıb. Türkiyəli mütəxəssis Ekrem Sezikin  məsləhət gördüyü faydalı bitkiləri təqdim edirik:

May çobanyastığı çiçəyi, darçın qabığı, nanə yarpağı, zəncəfil kökü və razyana bitkisinin şişkinlik, qaz, mədə pozğunluğu və yüngül qarın ağrıları kimi həzm sistemi xəstəliklərində istifadə edilir. Elmi mənbələrdə də bu bitkilərin həzm sistemi problemlərini aradan qaldırmaqda çox effektli olduğu bildirilib. Məsələn; çobanyastığı çayı ödəmi azaldır, üstəlik, sidikqovucudur, razyana isə öd ifrazatını yaxşılaşdır, darçın qarın ağrılarını sakitləşdir, nanə isə həzm sistemini sürətləndirir.

O, iftardan sonra içməyi məsləhət gördüyü bitki çayının hazırlanma qaydasını da verib. Onun fikrincə, həmin çay həm həzm sistemini yaxşılaşdıracaq, həm də bədəninin maye ehtiyacını ödəyəcək.

Beləliklə, bitki çaylarının qarışığı: Şüşə və ya çini dəm çaynikinin içinə 1 paket çobanyastığı, 1 paket nanə, 1 çay qaşığı rəndələnmiş zəncəfil (və ya 1 paket zəncəfil), 3-4 mixək tökün. Üzərinə çox qaynar olmayan isti su əlavə edin. Suyun miqdarı 2-3 stəkan olmalıdır. 5-10 dəqiqə gözləyib için.

İmsakdan sonra çoxları həddindən artıq qaz meydana gəlməsindən şikayət edir. Mütəxəssis imsak yeməyi üçün bir az fərqli formul tövsiyə edib:

Yenə şüşə və ya çini dəmliyə 1 paket çobanyastığı, 1 paket razyana, 1 paket adaçayı, 1 paket nanə, bir qədər darçın töküb üzərinə çox qaynar olmayan isti su əlavə edin. Suyun miqdarı yenə də 2-3 stəkan olmalıdır. 5-10 dəqiqə saxlayıb içiniz” – deyib.

Xəbərdarlıqlar

Professor Doktor Ekrem Sezik çox qaynar olmayan isti su istifadə edilməsini tövsiyə etməsinin səbəbini belə açıqlayır: "Son aparılan araşdırmalarda çobanyastığı, adaçayı, nanə kimi bitki mənşəli məhsullarda qaynar su istifadə edildiyi zaman tərkibindəki təsirli maddələrin, uçucu yağ miqdarının azaldığı aşkarlanıb. Ona görə də, təqribən 80 dərəcə su istifadə etməyinizi tövsiyə edirəm".

Professor Doktor Ekrem Sezik sonda mühüm bir xəbərdarlıq edib: "Heç vaxt bitkiləri açıq satılan dükanlardan almayın, xüsusən, belə çobanyastığı alıb istifadə etməyin. Hər il apardığımız araşdırmalarda açıq vəziyyətdə satılan çobanyastığının həqiqi olmadığı müəyyən olunub”.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 417
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri