Evinizdən gözəl qoxular gəlməsi üçün bunları edin

Müəllif: Fialka
Şərhlər: 13
Baxılıb: 1120
Paylaş:
Səs ver:
(səs: 1)
Yemək bişirdikdən, ya da balıq qızartmasından sonra evə pis qoxular yayılır. Qoxunun getməsi üçün pəncərələri açıb bir neçə saat gözləməli oluruq. Mağazalarda satılan ev üçün ətirlərin tərkibindəki kimyəvi maddələr bilavasitə allergik reaksiya və ya narahatlıq yaradır. Allergiyaya səbəb olmasa da, bu ətirlər baş ağrısı yaradır, həm də kimyəvi maddələr uşaqlar üçün zərərlidir. Belə olan halda evdəki pis qoxulardan təbii yollarla xilas olmaq mümkündür.

Boş bir sprey şüşə
2 stəkan su
1 çay qaşığı karbonat
Təbii yağlar (Lavanda, limon, və s).
Sprey şüşəsinin içinə karbonatı töküb əriyənə qədər çalxalayın. İçinə sevdiyiniz qoxulu yağdan 3-4 damcı əlavə edib çalxalayın. Ehtiyac duyduqca bu spreydən 1-2 dəfə sıxa bilərsiniz.

Mətbəxdəki qoxulardan xilas olmaq üçün

Mətbəxdə qızartma yeməkləri bişirəndə və ya xoşa gəlməyən ağır qoxulara yol açan nəsə bişirəndə kiçik qazanda yarıya qədər suyu sirkə ilə qaynadın. Bu üsul pis qoxuların mətbəxə yayılmasının qarşısını alır və daha az hiss edilməsini təmin edir.

Tualet və ya vanna otağında pis qoxulardan heç cür xilas ola bilmirsinizsə, geniş bir qaba karbonat töküb ağzı açıq şəkildə bir küncə yerləşdirin. Gözəl iy verməsi üçün içinə sevdiyiniz təbii yağlardan damcılada bilərsiniz

Əgər qəhvə içməyi sevirsinizsə, demək ki, evinizdə qəhvə qalıqları var. Bu qalıqları atmaq əvəzinə qurutduqdan sonra bir parça bezin içinə büküb evin müəyyən nöqtələrinə qoya bilərsiniz. Qəhvə qalıqları evinizdən hər zaman təravətli qoxular gəlməsini təmin edəcək.

Qəfil qonaq gəlibsə
Qəfil qonaq gəlib, amma evinizdən  yemək qoxusu gəlirsə, o zaman kiçik qazanda 1 çubuq darçını 5 dəqiqə qaynadın. Eviniz möhtəşəm darçın qoxusuna bürünəcək. Qazanı evin içində gəzdirərək qoxunun hər yana yaxşıca yayılmasını təmin edin. Qış mövsümündə qazana portağal qabıqları atanda qoxu daha xoşagələn olur. Yaz mövsümündə də bu qoxudan məhrum qalmamaq üçün portağal qabığını qışdan qurutmağı təklif edirik.

loading...
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 1120
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
hele de anlamamisam ki Lavanta nedi?
12 iyul 2015 04:44
13
Viking
Offline
efsane..
Darcin asan ve rahatdi onu etmeye calisacam
10 iyul 2015 19:44
12
Offline
aliceWOnDer
Lazimli xeberdi, tesekkur..
10 iyul 2015 18:11
11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
ayka95
tesekkurler
10 iyul 2015 16:41
10
Offline
vipbetul
maraqli lazimli meslehetlerdi
10 iyul 2015 15:37
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
aziz a
Praktik ve maraqlidi.
10 iyul 2015 14:58
8
Rebbim kömek olsun cümlemize Amin
Offline
xeyalperest
Asan ve praktik usuldu twk
10 iyul 2015 14:44
7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
qanadli melek
Evden yemek qoxusu gelmesini hec sevmirem asan usular var bunlardan istifade etmek olar
10 iyul 2015 12:07
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
Nur k-off
Men portagal qabigindan istifade etmiwem tewekkur
10 iyul 2015 11:49
5
SVETA
Offline
Dosta_inam
Portağal qabığının gözel qoxusu var,ancaq hamı alınma teravetlendiricilere öyreşib deye bu kimi üsulları eden az tapılar.
10 iyul 2015 11:33
4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
...AdaDunyam``
faydali meslehetlerdi,twk
10 iyul 2015 10:54
3
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
BARBI
Darcin ve portagal qabigi asan ve praktik usuldur
10 iyul 2015 10:52
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
yarpaq33
Portagal qabigindan hemiwe nenem istifade edirdi qurudub yigirdi iy gelen yerde yandirirdi indi muxtelif teravetlenfiriciler var deye bu usullar yaddan cixib
10 iyul 2015 10:49
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv