Oruc tutanların günorta yatması doğrudurmu?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 951
Səs ver:
(səs: 2)
Oruc tutan insanın yuxu nizamının pozulması ilə birgə gün boyunca özünü halsız və gücsüz hiss etməsi haqqında uzman dr. Önder Kuzu sizlərə vacib tövsiyyələr verir.

"İmsak (sahur) vaxtı qalxaraq yuxunun bölünməsi bir müddət ac və susuz qalmaqla bərabər vücud üzərində böyük bir stress yaradır. Bu stresi azaltmaq, günlük yaşam keyfiyyətinizi artırmaq üçün bəzi məqamlara xüsusi diqqət yetirmək lazımdır.”

Qadınlar.biz təqdim edir.

1. Sahurdan sonra mütləq yatın.
Yuxu NonREM və REMolaraq iki hissəyə bölünür. NonREM yuxu gecənin ilkvaxtları yatdığımız anlardır ki, bu zaman vücudumuz istirahət edir.
Rem yuxusu isə səhərlər oyanmağa yaxın zamanlarda olur, bu müddətdə də beynimiz dincəlir, təzələnir.
Əgər sahurdan sonra yatmazsaq, Rem yuxusu dövrünü pozmuş olarıq. Bu da bizə sabahları yorğun və dincəlməmiş oyanma, enerji azlığı hissi, istəksizlik, diqqət əskikliyi və unutqanlıq, gün ərzində artan yuxu istəyi vermiş olar.

2. Səhər oyanma saatını dəyişdirməyin.
Sahura qalxdınız deyə sabah oyanma saatını dəyişdirməyin, əks halda yuxu sisteminiz pozular. Oruc tutmadığınız günlərdə hansı saatlarda yatıb, hansı saatlarda oyanırsınızsa, bu rejiminizə Ramazan ayında da riayət etməyə çalışın.

3. Günorta yatmayın.
Oruc tutduğunuz üçün günorta saatları yatmağa və ya mürgüləməyə çalışmayın. Günorta yatmağın gecə yuxusuna negativ təsirləri vardır. Günorta yatan insan gecə yuxuya getməkdə çətinlik çəkir ki, bu da sahura qalxmaqda əziyyətlərə səbəb olur.

4. İftarda yavaş və az yeyin.
İftarda tələm-tələsik və həddindən artıq yemək yeməyiniz yuxu nizamınızı pozmaqla yanaşı səhhətinizə ciddi ziyanlar vura bilər. Odur ki, iftarda az yağlı və duru yeməklər yeyin, yavaş yeyərək yemə müddətinizi uzadın, iftardan sonra kofe, çoxlu şirniyyatlarla çay, şokolad və qazlı içkilər içməməyə çalışın. Həmçinin iftardan sonra kiçik bir yürüyüş (gəzinti) etsəniz, yuxu sisteminizi də tənzimləmiş olarsınız.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri