Qazlı içkilər hər il 184 min insanın ölümünə səbəb olur

Şərhlər: 2
Baxılıb: 2 235
Səs ver:
(səs: 0)
Şirin qazlı içkilərdən çox istifadə etmək hər il təqribən 184 min insanın ölümünə səbəb olur, əlavə çəki ilə yanaşı, sağlamlıqla bağlı bir çox problemlərin yaranmasına da gətirib çıxarır.
 
Bu barədə "Circulation” jurnalında dərc olunan məqalədə deyilir.

Bostonun Tafts Universitetinin professoru Daiuş Mozafarian və həmkarları artıq neçə ildir müxtəlif ərzaqların insanda xərçəng, diabet, ürək və damar xəstəliklərini yaratma ehtimalını öyrənirlər. Bu əlaqəni tapmaq üçün alimlər müşahidələrinin nəticələri ilə yanaşı, həmkarlarının son 30 ildə apardıqları tədqiqatın nəticələrindən də istifadə ediblər. Ümumilikdə məlumatlar bazasına 611 min nəfər daxil olub.

Qazlı içkilərdən istifadə tezliyini bu insanların ölümü ilə qarşı-qarşıya qoyan alimlər qrupu aşkar edib ki, bu içkilərdən çox istifadə etmə birbaşa və dolayı yolla hər il təqribən 180 min insanın ölümünə səbəb olur.

Ölüm hallarının əksər hissəsi II tip şəkərli diabetin, 45 mini ürək və damar xəstəliklərinin, 6,5 mini isə xərçəng xəstəliyinin payına düşür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri