Yeriməyin inanılmaz gücü

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 670
Paylaş:
Səs ver:
(səs: 1)
Yeriməklə, düşünmək arasında müsbət bir əlaqə var. Odla yemək və ya yataqla yatmaq arasında olduğu kimi. Yeriyəndə zehnim açılır. Uzaqlaşmaq istədiyim düşüncələrdən uzaqlaşıram, axtardığım düşüncələri tapıram. Ağlımdakı suallar aydınlanır. Gəzintilərimi başladığım haldan daha xoşbəxt bir halda bitirirəm: Yerimək, xoşbəxtəmsə, xoşbəxtliyimi artırır, xoşbəxt deyiləmsə, bu halımı azaldır. Hirsli başladığım gəzintilərdən sakit halda qayıdıram. Piyada gəzməyi sevən bir tanışım, "evdən çıxan, özünə dönər” deyir. Dünyaya bütün böyük pislikləri gətirənlər, musiqisi olmayanlar və gəzməyənlərdir. Onlar heç bayıra çıxmazlar, özlərinə dönməzlər. Ağacları, göyün üzünü və quşları görməzlər, təbiətin qoxusunu duymazlar. Hər zaman havasız içərilərdə, qaranlıq hesabların edildiyi elektrik yüklü məncil otaqlardadırlar. Siyasətçilərin pisliyi  bundadır. Yerimək, ağlı da yeridir. On doqquzuncu yüzillikdə yaşayan çevrə peyğəmbəri Henry David Thoreau, "Ayaqlarım hərəkət etməyə başladığı anda, düşüncələrim axmağa başlayır” deyir. Miladdan öncə 640-cı ildə dünyaya gələn və Qərb tibbinin atası sayılan Hipokrata görə, insanın ən yaxşı dərmanı piyada gəzməkdir. Bu dərman sadəcə bədən üçün yox, ağıl üçün də yaxşıdır. "Bu, beyindəki  kimyəvi maddələrlə əlaqəli olmalıdır.” deyir, fizikaçı dostum. "Yeriyərkən qan dövranı sürətlənir və beyinə daha çox oksigen gedir. Yanımda gəvəzəlik edəcək kimsə yoxdursa, rahat şəkildə düşünə bilərəm.”

"Rəqs edən bir ulduz doğurmaq istəyənin içində xaos olmalıdır.” deyən alman filosofi Nitşeyə görə, sadəcə yeriyərkən ağıla gələn düşüncələr, həqiqətən böyük düşüncələrdir. On doqquzuncu yüzillikdə dünyaya gələn ingilis tarixçisi George Macauley Trevelyana görə, bir günlük piyada gəzintidən sonra hər şey normal dəyərinin iki misli olar. Düşüncələri qədər, qəribəlikləri ilə də məşhur olan danimarkalı filosof Soren Kirkegaard böyük yürüyüşçülərdən olmuşdur. Yaşadığı mənzildə saatlara irəli geri düşünüb gəzir, sonra "insan duşu” qəbul etmək üçün küçəyə çıxıb Kopenhaqın küçələrini arşınlayardı. Kopenhaqlılar 1830-cu ilin ortalarından başlayaraq 2o il boyunca öz küçələrində başında geniş çərçivəli şapqası, qoltuğunun altında çətiri, bu donqar aristokratla qarşılaşdırlar. Kirkegaard, zaman-zaman qarşısına çıxan insanları o gün ağlına gələn mövzularda sorğulamağa başlayardı. "Təsadüfi qarşılaşmaların ustadı” dediyi Sokrat kimi. "Ən yaxşı düşüncələrimə yeriyərək çatdım” deyirdi. Bu düşüncələrdən biri budur: Özünü sevməyi unutma.

Hardasa, bir yüz il sonra eyni küçələrdə yeriyən İngilis fizikaçısı Paul Dirac da gəzməyi sevən və ən yaxşı düşüncələrini ayaqları ilə tapanlardandır. Amma məşhur bir məsləkdaşının "insanların ən qəribəsi” olaraq tərif etdiyi Dirac, nəinki küçədə qarşılaşdıqları ilə, dostları ilə belə danışmazdı.
20-ci yüz illiyin ən önəmli alman yazarlarından olan Thomass Mann, "İnsan yeriyəndə, düşüncələr aydın gəlir” deyir. Yazar olan dostum, "Ən gözəl düşüncələrimi yeriyərkən və yatarkən tapıram.” deyir. "Açıq havada aydınlaşırsan. Sanki bir qutusan və gəzərkən o qutunun qapağı açılır. Bir növ düşüncə yağmuru yaşayırsan, ulduz yağmuru kimi.”  Yeriməyi düşüncə istehsal edici  edən şeylərdən biri də, tək başına edilmiş olmasıdır. Bir dost və ya sevgili ilə edilən gəzinti də xoşdur amma fərqlidir. Alfred Hitchcock -un Vertigo filmində Kim Novak’ın James Stewart’a dediyi kimi: Qapıdan tək başına çıxan yürüyüşə, iki nəfər çıxan bir yerlərə gedər.

Piyada templi gəzintinin 24 faydası:

1) Qan axınını və qan damarlarının miqdarını artıraraq ,dövranı yaxşılaşdırır,ürək-damar və beynin damar xəstəlikləri riskini azaldır.

2) Ürək əzələsi daxil olmaqla, bədən əzələlərini qüvvətləndirərək, daha təsirli işləmələrini təmin edir.

3) Hər sıxılmada ürəyin qovduğu qan miqadarını artıraraq, istirahətdəki ürək döyüntüsünün sayını (nəbzi) azaldır.

4) Məşq və stress vəziyywalk-feet-2ətində arteriel qan təzyiqində yaranan yüksəlməni azaldır.

5 )Ürək əzələsinin yan damarlardan da qidalanmasına dəstək olur. Beləcə ürəyin ana damarlarında yaranan tıxanıqlıqların verəcəyi zərəri azaldır.

6) Köklük riskini azaldır.

7) Həzmi asanlaşdırır.

8) Beyinə oksigen getməsini artıraraq, zehni itilik və yaradıcı düşüncə potensialını yüksəldir.

9)Limfatik dövrana kömək edir.

10) Məşq əsnasında və məşqdən sonra maddələr mübadiləsini stimullaşdırır.

11) Tənəffüs tutumunu və aerobik gücü artırır.

12) Böyüməyə və zədə sonrası bərpa olunmağa müsbət təsir edir.

13) Qan yağlarının səviyyəsini aşağı salır.

14) HDL / LDL (yaxşı xassəli, pis xassəli xolestrol) tarazlığını nizamlayır.

15) Koordinasiyaya müsbət təsir edir.

16) Oynaq və əzələlərin elastikliyini artıraraq, bel və boyun ağrılarını yüngülləşdirir.

17) Sümüklərin sərtləşməsini və qüvvətlənməsini təmin edir.

18) Dayanıqlılığı artırır.

19) Yorğunluq hissinə maneə olur.

20) Yuxusuzluğu azaldır, rahatlaşmağa kömək edir.

21) Bədənin təbii xoş-əhval ruhiyyə verici hormonu olan endorfinin ifrazını artırır.

22) Yaşlanma müddətini gecikdirərək, gənc görüntünü təmin edir.

23) Əhval-ruhiyyəni qaldırır, özünə inamı və nikbinliyi artırır.

24) Qan təzyiqini nizamlayır.

Müəllif: Mətin Münir

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 670
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
yerimək, qaçış, gəzinti bunlar çoxxx faydalıdır. lakin bütün gün evdə otururam və heç nə ilə məşğul olmuram.

...666...
30 iyul 2015 18:41
7
Viking
Offline
efsane..
cox xoslayiram yerimeyi adam rahatlanir gezdikde
30 iyul 2015 16:47
6
Offline
vipbetul
Yerımek ınsanın her bır arqanızmıne xeyırdı
29 iyul 2015 23:16
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zeynebin nevesi
Deyilen fikirlerde ve 24 meshehet bolumunde heqiqet var.Men bir hefte boyunca qachisha bashladim.Lakin 5 deqiqeden artiq qacha bilmedim(5 deq bele qachmirdim demek olar ki) Tenginefeslik bir yana,ureyim agrimaga bashladu.İndi ise saat 11-de belime belbağı taxaraq 20 deqiqe suretli tempde gezirem.Qachdigimdan daha chox hereket edir,daha chox terleyirem.
29 iyul 2015 19:21
4
Offline
sadecə mən
Həm yerimək həm qaçmaq bədənə çox faydalıdır.Bədəndəki lazımsız duz qaçaraq bədəndən xaric olur.Hər səhər qaçıram faydasını da görürəm.

Həm yerimək həm qaçmaq bədənə çox faydalıdır.Bədəndəki lazımsız duz qaçaraq bədəndən xaric olur.Hər səhər qaçıram faydasını da görürəm.
29 iyul 2015 16:31
3
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
Bebiw
Men her seher yeriyirfim Amma mamam imkan vermediki vermedi)))
29 iyul 2015 12:32
2
sowu
Offline
BARBI
Yerimek bedencun cox faydalidir. Her zaman ise yeriyerek gedirem. Masinla getmeye ustunluk vermirem.
29 iyul 2015 12:02
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv